İxtisas seçimi zamanı Mən Bakı Dövləti istəmirəm deyirdilər
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mələkə Abbaszadənin rektor təyin olunmasından sonra Bakı Dövlət Universitetində yeniliklər gözlənilir.
Modern.az xəbər verir ki, təhsil eksperti Elmin Nuri bu barədə AzEdu Podkastda danışıb:
“İxtisas seçimi zamanı 16-17 yaşlı uşaq, yaxud onun valideyni "Mən Bakı Dövləti istəmirəm" deyirdi. Bu, mənə pis təsir eləyirdi. Axı bu, Bakı Dövlət Universitetidir. Hüquqşünaslıq ixtisasını istisna edirəm. Tələbat çox olduğuna görə hüquq həmişə mövqeyini saxlayıb”.
BDU məzunu olan Elmin Nuri tələbə məmnuniyyəti və tədrisdə praktikanın yeri ilə bağlı müşahidələrini də bölüşüb:
“Bəzi özəl universitetlərdəki tələbələrin məmnuniyyəti BDU tələbələrinin məmnuniyyətindən daha çox idi. Mən bunu müşahidə eləmişəm. Bəzi istiqamətlərdə praktika müəyyən qədər zəif idi, nəzəriyyə praktikanı üstələyirdi. Bu, fakültələrə görə dəyişən prosesdir. Amma elə istiqamətlər var ki, orada nəzəriyyə ilə praktikanı balanslaşdırmaq lazım idi”.
“Mələkə Abbaszadənin ora gəlişi bu boşluqların aradan qaldırılması ilə yanaşı, bir çox yeniliklərə də qapı açacaq. Yaxın zamanda BDU-nun əvvəlki mövqeyinə qayıtdığını görə bilərik”, – deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Noyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















