Icma.az
close
up
RU
Aygünün hərəkəti ilk dəfə ailə həyatı quran qız uşaqlarına qarşı hörmətsizlikdir və qəbul edilməzdir VİDEO

Aygünün hərəkəti ilk dəfə ailə həyatı quran qız uşaqlarına qarşı hörmətsizlikdir və qəbul edilməzdir VİDEO

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qırmızı kəmər adəti Azərbaycan və bir sıra türk xalqları arasında dərin köklərə malik olan mühüm bir ənənədir. Bu kəmər, gəlinin belinə bağlanaraq onun namusunu, ismətini və yeni həyata atdığı addımı simvolizə edir. Ənənəyə əsasən, qırmızı kəmər yalnız ilk dəfə ailə quran gəlinlərə bağlanır və bu, onların paklığını və yeni həyata keçidini ifadə edir”. Pravda.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” verilişinin tamaşaçılarının yaxşı tanıdığı Aslan və Aygün cütlüyünün toyu barədə danışarkən bildirib. O, Aygünün ikinci dəfə evlənməsinə baxmayaraq belinə qırmızı kəmər taxmasını kəskin şəkildə qınayıb:

“Adətə uyğun olaraq, ikinci dəfə ailə həyatı quran gəlinlərə qırmızı kəmər bağlanmır Lakin son dövrlərdə bəzi insanlar bu ənənənin mahiyyətini nəzərə almadan, onu istədikləri şəkildə tətbiq edirlər. Məsələn, Aygün ilk dəfə ailə qurmur və belinə qırmızı kəmər bağlaması absurddur. Aygünün bu hərəkəti ilk dəfə ailə həyatı quran qız uşaqlarına qarşı hörmətsizlikdir və qəbul edilməzdir. Bu adətin məqsədi, məhz yeni ailə quran gənc qızlara verilən dəyəri göstərməkdir. Bu, yalnız onun şəxsi seçim məsələsi deyil, eyni zamanda, cəmiyyətin min illərdir qoruyub saxladığı dəyərlərə qarşı sayğısızlıqdır! Qırmızı kəmərin məhz ilk dəfə ailə həyatı quran gənc qızlara bağlanması bu ənənənin ruhunu təşkil edir. Əgər bu prinsip pozularsa, adət-ənənənin mahiyyəti dəyərini itirə və adi bir toy atributuna çevrilə bilər.

Bu cür halların qarşısının alınması üçün cəmiyyətimiz bu məsələyə həssas yanaşmalıdır. Gəlin və onun ailəsi, toy mərasimlərini təşkil edərkən milli dəyərləri və ənənələri nəzərə almalı, onların mahiyyətini ucuzlaşdırmamalıdırlar. Bu, təkcə fərdi məsələ deyil, bütöv bir millətin mədəniyyətinin qorunması və gələcək nəsillərə düzgün ötürülməsi üçün vacibdir. Hər bir adət və ənənənin müəyyən məna daşıdığını unutmamaq lazımdır. Əgər bu dəyərlərə hörmət olunmazsa, onların mənası tədricən itib gedər. Qırmızı kəmər təkcə bir parça deyil, o, bir mədəniyyətin, tarixin və ənənənin rəmzidir. Gəlinlərin, ailələrin və cəmiyyətin bu dəyərləri qoruması, onlara hörmətlə yanaşması vacibdir ki, gələcək nəsillər də onları eyni dəyər və ehtiramla qəbul etsinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri