Icma.az
close
up
RU
Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...

Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən “Bakı Metropoliteni”ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib. “Bakı Metropoliteni” hər ilin yekunu olaraq ziyanla işlədiyinə dair hesabatlar verir.  Ümumiyyətlə, “Bakı Metropoliteni”ndəki iqtisadi vəziyyət, metronun maliyyə durumu ilə bağlı mütəmadi olaraq cəmiyyətə şəffaf informasiyalar verilmir. Hesablamalar göstərir ki, “Bakı Metropoliteni” illik sərnişindaşımadan 60 milyon gəlir əldə edir. Qatarların köhnə olması, tez-tez ləngimələr və sair problemlər isə bitmək bilmir.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu 2023-cü ilin göstəricisindən 20,3% çoxdur. Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6% çox) istifadə edib.

Xatırladaq ki, aprelin sonu Hesablama Palatasının rəsmi məlumatında bildirilmişdi ki, 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu günlərdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində isə qeyd edilib ki, ötən il Azərbaycanda dövlət büdcəsinə əmlak vergisi üzrə ödənişlərlə bağlı 364,7 mln. manat müəyyən edilmiş proqnoz 338,5 mln. manat icra edilib. Qeyri-neft-qaz sektorunun dövlət mülkiyyətinə aid müəssisələrinin büdcəyə ödənişlərinin real hesablamaların 81,8%-ni təşkil etməsi şəraitində, “Bakı Metropoliteni” QSC üzrə 0,6 mln. manata qarşı ödəniş olmayıb.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a şərhində bildirdi ki, “Bakı Metropoliteni”nin gəliri sırf sərnişin sayı ilə bağlıdır. Ekspert diqqətə çatdırdı ki, Bakı metrosunun alternativ gəlir mənbələri yoxdur: “Bu yaxınlarda "Bakı Metropoliteni"nin rəhbərliyi ilə iki dəfə görüş keçirilib. Bu görüşlərdə mən təklif etmişəm ki, metro stansiyalarında ticarət səliqəli formada olmaq şərtilə bərpa olunmalıdır. Məsələn, zəruri ehtiyaclar - çay, kofe, dərman vasitələri satıla bilər. Adətən axşam saat 10-dan sonra açıq aptek tapmaq müşkülə çevrilir. Stansiyalar isə gecə saat 12-yə qədər açıq olur. Odur ki, stansiyalarda apteklərin olması vətəndaşlara rahatlıq yarada bilər. Yolu kəsmədən, qışqır-bağır salmadan, əvvəlki xaotik vəziyyəti təkrarlamadan metro ticarətində yenilik etmək olar. “Bakı Metropoliteni”nin yeni rəhbərliyi bu məsələ ilə bağlı danışıqların aparıldığını bildirdi. İlkin mərhələdə “coffee shop” və s. olacaq. Bu da metro üçün gəlir hesab oluna bilər. Düşünürəm ki, bütün stansiyalarda bu imkanın yaradılması ildə ən azı bir qatarın yaxud vaqonun alınmasına kömək edə bilər. Ticarətdə yaxşı pul var. O vaxt Tağı Əhmədov yaxşı qazandı, yedi, dağıtdı, amma indi nəzarət altında ticarəti daha səmərəli şəkildə təşkil etmək olar ki, qazanan dövlət olsun, pul büdcəyə axsın. O ki qaldı “Bakı Metropoliteni”nin hesabatına, şəffaf hesabat gözləyirik. Biz ötən görüşdə bu barədə sual vermişdik. Rəhbərlik yaxın günlərdə hesabatın açıqlanacağını bildirdi. Bu isə o qədər də mürəkkəb proses deyil, sərnişinlərin sayı hesablanır, ümumi rəqəmdən metrodan güzəştli istifadə edən sərnişinlərin sayı çıxılır və gəlir hesablanır. Əlavə xərclər-əməkhaqqı, yeni stansiyaların tikintisi, layihələndirmə və s. isə dövlət tərəfindən qarşılanır. “Bakı Metropoliteni” hər zaman zərərlə işləyib. Yeni stansiyaların tikintisi illərlə vaxt aparıb. Son zamanlar Prezidentin tapşırığı ilə bir ilə bir stansiya tikilib, “Xocasən” stansiyası buna nümunədir".

Ekspert vurğuladı ki, yeni stansiyaların tikintisi, yeni vaqonların, qatarların gətirilməsi gözlənilir: “Bunun çox qısa müddətdə həll ediləcəyini demək çox çətindir. Köhnələr istismardan çıxarılmalı, yüzlərlə qatar, minlərlə vaqon alınmalıdır. Əsas sual budur ki, bu qədər vəsaiti birdən-birə xərcləmək mümkündürmü? Biz ekspertlər olaraq, görüşlərdə dəmiryolu infrastrukturu üçün qatar, vaqon və digər zəruri avadanlıqlar istehsal edən zavod tikilməsini təklif etmişik. Qatarların, vaqonların alındığı müəssisələrin Azərbaycanda nümayəndəliyi, yaxud filialı açıla bilər. Bildiyim qədər bu barədə razılaşma əldə olunub. Bu, həm vaxt, həm də əlavə maliyyə itkisinin qarşısının alınması, eyni zamanda yeni iş yerlərinin açılması deməkdir. Biz öz tələbatımızı ödədikdən sonra gələcəkdə istismar dövrünü başa vuran qatarları xətlərdən kənarlaşdıra bilərik. Digər tərəfdən, istehsal olunan qatarları, yaxud digər avadanlıqları digər ölkələrə sata bilərik. Dövlətin bununla bağlı planları var, müzakirələr aparılır”.

E.Muradlının fikrincə, metroda gedişhaqqı məsafəyə görə hesablanmalıdır: “Gedişhaqqı dövlət tərəfindən tənzimlənir. Lakin düşünürəm ki, dəmiryolu ilə sərnişindaşıma olduğu kimi, metro və avtobusla sərnişindaşımada da gedişhaqqı məsafəyə görə müəyyən edilməlidir. 2 dayanacaq yol gedən sərnişinlə 12 dayanacaq yol gedən sərnişin eyni məbləğdə gedişhaqqı ödəməməlidir. Bu, düzgün deyil. Fərqli yanaşma "Bakı Metropoliteni"nin özü üçün də faydalı ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 İyun 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri