“Ayı tələsi”: Putinin Xarkov planı alt üst oldu 14 kənd geri alındı
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) noyabrın 20-nə olan hesabatında məlumat verilib.
Hesabata görə, Ukrayna hərbçiləri əməliyyat zamanı Rusiyanın bölgədəki qüvvələri mühasirəyə almaq planlarını pozmaq üçün mürəkkəb hərbi taktikalardan istifadə ediblər. Yayındırıcı manevrlər, zirehli texnika və pilotsuz uçuş aparatlarının kütləvi tətbiqi, həmçinin Rusiya təchizat yollarının uzaqdan minalanması əməliyyatın əsas elementləri olub.
Ukrayna Silahlı Qüvvələrinin 475-ci Hücum Alayının komandiri, podpolkovnik Oleksandr Nastenko BBC-nin Ukrayna xidmətinə açıqlamasında əməliyyatın ciddi məxfilik şəraitində həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, hərbi əməliyyat hələ başa çatmayıb və Ukrayna bölmələri sərhədyanı yaşayış məntəqələrinin təmizlənməsini davam etdirir.
Azad edilən yaşayış məntəqələri arasında Komisarov, Şiroke, Çernoye, Nefedovka, Şevyakovka, Vodyanoye, Dovgenke, Zarubinka, Ustinovka, İvaşkino, Aniskino, Vilxuvatka, Dovjanka və Çuqunovka kəndləri yer alır.
ISW-nin təhlilinə əsasən, Rusiya komandanlığı Prikolotne kəndi yaxınlığında Ukrayna qüvvələrini mühasirəyə almağı planlaşdırıb. Lakin Ukrayna ordusunun həyata keçirdiyi əməliyyat bu planın qarşısını almağa yönəlib.
Beləliklə, Xarkov istiqamətində keçirilən “Ayı tələsi” əməliyyatı cəbhədə diqqətçəkən hərbi hadisələrdən birinə çevrilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















