Icma.az
close
up
RU
Aylar keçir, Tramp isə sözünə əməl edə bilmir: Rusiya və Ukrayna arasında nələr baş verir? KONKRET

Aylar keçir, Tramp isə sözünə əməl edə bilmir: Rusiya və Ukrayna arasında nələr baş verir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Tramp hakimiyyətə gəlməzdən öncə Rusiya-Ukrayna müharibəsini bitirəcəyini açıqlasa da, aylar keçməsinə rəğmən bunu bacarmayıb. Bəs görəsən, buna səbəb nədir? Tramp niyə sülhə nail ola bilmir?

Mövzunu KONKRET.az-a politoloq Əhəd Məmmədli şərh edib.

“ABŞ cəmiyyəti şouya meyllidir. Tramp ümumiyyətlə şouya meyilli siyasət yürüdür. Odur ki, Tramp Rusiya-Ukrayna müharibəsini “bir günə həll edəcəm” deyəndə ciddi siyasətçilər bunun blef olduğunu həmən anladılar. Rusiya və Ukrayna kiçik dövlətlər deyil. Üstəlik, Putinin tələbləri çoxdur, Zelenski isə müqavimətə davam edir. Tramp isə tarixə düşmək və Nobel mükafatı almaq istəyir. Buna görə də, sülhpərvər obrazında görünməyə çalışır. Ancaq əksinə, dünyada bir sıyqırım yaşanır. Düşünürəm ki, Tramp müəyyən bir ortaq məxrəcə gəlməyə nail olub. Belə ki, Krım Rusiyanın ərazisi kimi tanınır, digər torpaqlarla bağlı məsələ isə hələlik dondurulmuş qalır. Bu təklif Rusiya və Ukraynaya edilib. Ancaq Ukraynanın bu təklif qəbul edəcəyini düşünmürəm. Hər halda ABŞ yeni addımlar atmağa vadar olacaq. Belə ki, Vaşinqton ya Ukraynaya silah verməkdən imtina edəcək və onu Rusiyanın “caynağına” buraxacaq, ya da Kiyevi hərbi sursatla təmin edərək Zelenskini “palçıqda batıracaq”. Hesab edirəm ki, Ukrayna nə qədər bacarsa, müqaviməti davam etdirəcək. Hansı tərəfin qalib gələcəyi isə məlum deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri