Icma.az
close
up
RU
AYLARDIR SUSAN DGK NİYƏ İNDİ “DANIŞDI”? “Hürriyyət” gömrükdəki qanunsuzluqları açıqladı, Gömrük Komitəsi fakt qarşısında qaldı…

AYLARDIR SUSAN DGK NİYƏ İNDİ “DANIŞDI”? “Hürriyyət” gömrükdəki qanunsuzluqları açıqladı, Gömrük Komitəsi fakt qarşısında qaldı…

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən “Hurriyyet TV”-nin efirində Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər şəxsləri ilə bağlı açıqlanan faktlar bu qurumda çoxlarının “kürkünə birə salıb”. Belə olmasaydı, Vüqar Tofiqoğlunun aparıcılıq etdiyi verilişdən dərhal sonra, yəni bu gün səhər saatların iki qurum - Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə bəyanatla çıxış etməzdilər.

Söhbət ondan gedir ki, bir aydan artıqdır baş verən qaçaqmalçılıq hadisəsi, daha dəqiq desək ölkəyə külli miqdarda tütün məhsulları və narkotik tərkibli psixotrop maddələr gətirilməsinin qarşısının alınmaması ilə bağlı məhz “Hurriyyet TV”-nin efirində açıqlanan faktlardan sonra hər şey “ortaya töküldü” və məlum olayla əlaqədar cinayət işi açıldığı və bir sıra vəzifəli şəxslərin həbs olunduğu bildirildi.

Öncə onu qeyd edək ki, sözügedən hadisə 20.08.2025-ci il tarixdə baş verib. Bu barədə “Hürriyyət”ə məlumat verən mənbə bildirir ki, Naxçıvan-Bakı istiqamətində hərəkət edən, sürücüsü Cəfər adlı İran vətəndaşı olan avtobus Biləsuvar Gömrük Məntəqəsindən keçərkən içərisində bazar dəyər təxminən 70 min manat olan 1050 blok tütün məhsulu, 200 min manat dəyərində müxtəlif dərmanlar, psixotrop maddələr aşkarlanıb. Lakin bu qaçaqmalıçılıq faktı Biləsuvar Gömrük Məntəqəsinin rəhbərliyi və əməkdaşları tərəfindən gizlədilib, cəmiyyətə bu haqda hər hansı məlumat verilməyib.

Sadəcə, bu hadisədən 10 gün sonra – avqustun 30-da ölkə mediasında DGK-nın Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin rəisi Cəfərov Mahir Sabir oğlunun vəzifəsindən azad olunduğu haqda xəbər yayıldı. M.Cəfərovun Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov əmri ilə işdən uzaqlaşdırıldığı bildirilsə də, bunun səbəbi haqda heç bir informasiya verilmədi. Yalnız "Qafqazinfo" saytı öz mənbələrinə istinadən bildirdi ki, Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal aşkar edilib və Mahir Cəfərov məhz bu səbəbdən vəzifədən çıxarılıb.

Maraqlıdır ki, 20.08.2025-ci il tarixdə Biləsuvar gömrüyündən “əlini-qolunu sallayaraq” keçən tütün məhsulları və psixotrop maddələrlə bağlı düz 42 gün sonra - dünən “Hurriyyet TV”-də açıqlanan faktlardan sonra Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə bəyanat yaydılar. Bu qurumların birgə açıqlamasında bildirilir ki, “istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İİR-də əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan Respublikası ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib”.

Əlavə olunur ki, toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

“İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib”, - deyə sonda vurğulanır.

Maraqlıdır, niyə sözügedən cinayətlər əlaqədar faktlar “Hurriyyet TV”-də açıqlandıqdan, yəni hadisənin baş verməsindən təxminən ay yarım sonra Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə bəyanatla çıxış etdilər? Üstəlik, bu açıqlamada bir sıra suallar hələ də açıq qalır. Məsələn, məlum qaçaqmalçılıq faktı ilə əlaqədar cinayət işi nə vaxt açılıb və yuxarıda adları qeyd olunan şəxslər hansı tarixdə həbs olunub?

Hər halda, birgə məlumatda bu suallara aydınlıq gətirilsə, daha yaxşı olardı. Yox, əgər “Hurriyyet TV”-də açıqlanan faktlardan sonra gecə ilə cinayət işi açaraq, adıçəkilən şəxsləri həbsə atıblarsa, bizim qurumların “operativliyinə” nə söz demək olar?!

“Hürriyyət”

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri