“Ayntraxt”ın futbolçusu: “Əsas diqqətimiz Azərbaycanla oyuna yönələcək” İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Biz Millətlər Liqasında mövsümü layiqincə başa vurmaq istəyirik".
İdman.biz xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Karol Mets deyib.
Almaniyanın "Ayntraxt" klubunda forma geyən müdafiəçi ölkəsinin Soccernet.ee saytına müsahibəsində UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı oynayacaqları matçı dəyərləndirib. O, millimizlə qarşılaşmanın onlar üçün çox önəmli olduğunu etiraf edib: "Həm Azərbaycan, həm də Slovakiya ilə oyun çox vacibdir. Son zamanlar daha böyük komandalara qarşı yaxşı nəticələrimiz olmayıb. Ancaq əsas diqqət, şübhəsiz ki, Azərbaycanla oyuna yönələcək. Biz açıq deyirik ki, bu, əsas oyun olacaq. C liqasında qalmaq üçün böyük addım ata bilərik".
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Estoniya oyunu saat 18:00-da start götürəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Noyabr 2024 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















