Icma.az
close
up
RU
Aysel Mirzəyeva: Məqsədim cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətini dəyişməkdir AZƏRTAC

Aysel Mirzəyeva: Məqsədim cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətini dəyişməkdir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 dekabr, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda “Nine Senses” yaradıcılıq və özünüinkişaf incəsənət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün istirahət tədbiri keçirilib. Bu layihənin təşəbbüskarı məşhur moda blogeri Aysel Mirzəyeva olub.

Aysel AZƏRTAC -ın müxbiri ilə söhbətində keçirilmiş tədbirdən və fəaliyyətini necə inkişaf etdirməyi planlaşdırdığından danışıb.

– Aysel, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün retrit təşkil etmək ideyası necə yarandı?

– Mən özüm qeyri-adi uşaq anasıyam. Bu yaxınlarda oğlumun 10 yaşı tamam olacaq. İki ay əvvəl belə uşaqların valideynləri üçün ölkəmizdə ilk dəstək qrupunu yaratdım. Bu görüşlərdə analar və atalar yaşadıqları ilə bağlı açıq danışa və dəstək ala bilərlər. Bu, onların bir çoxuna ilk dəfə yüngüllük hiss etməyə kömək edir, çünki onlar çox vaxt hətta yaxınları tərəfindən anlaşılmazlıqla üzləşirlər.

Valideynlərlə görüşlərdə həm xaricdə, həm də Azərbaycanda müvafiq iş təcrübəsi olan psixoloq Zarina Əliyeva işləyir. Görüşlərimiz pulsuz təşkil olunur və hər görüşdən sonra mən minnətdarlıq rəyləri alıram: insanlar bu görüşlərdə güc və enerji toplayır, özlərini yüngül və rahat hiss edirlər. Bunun nə qədər vacib olduğunu görərək fəaliyyətimə, davam etməli olduğumu başa düşdüm. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin çox vaxt özlərinə vaxtları olmur: onlar karyeralarından imtina edir, özlərini uşağa qayğı göstərməyə həsr edir, fiziki və emosional imkanlarının tükəndiyi həddə yaşayırlar. Retrit ideyası belə yarandı - yenidən başlaya biləcəkləri bir məkan.

Bu tədbirin həyata keçirilməsində mənə “Nine Senses” incəsənət mərkəzi kömək göstərdi. Uşaqlar və analar üçün proqramın təşkilində yoqa-terapevt İlhamə Şirinova çox kömək etdi, sponsorlar isə nəqliyyat və çay fasiləsini təmin etdilər. Valideynlərin özlərinə vaxt ayırması üçün mütəxəssislərin iştirakı ilə uşaqlar üçün ayrıca proqram təşkil etdik. Onlar yoqa, nəfəs məşqləri edir, psixoloqla söhbətləşir və özünü sakitləşdirmə üsulları öyrənirdilər. Xüsusi uşaqlarla işləyən “Nitq ərazisi” mərkəzinin mütəxəssisləri pulsuz xidmət göstəriblər. Könüllülər gün ərzində uşaqlarla işləyir, onları bütün dərslərdə, oyunlarda müşayiət edir və digər məsələlərdə kömək göstərirdilər.

Retritdən sonra analardan biri 15 ildə ilk dəfə “maskasını” çıxara bildiyini və hissləri haqqında səmimi danışa bildiyini söylədi. Bu, belə tədbirlərin əsas dəyəridir: insanlar tək olmadıqlarını hiss edirlər. Mənim məqsədim valideynlərə dəstək olmaq və cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətini dəyişməkdir.

– Növbəti hansı addımları atmağı planlaşdırırsınız?

– İlk növbədə, təşkilat olaraq qeydiyyatdan keçmək istəyirik ki, kömək etmək imkanlarımız daha çox olsun. Hazırda hər şey bir ana və bloger kimi mənim təşəbbüsümə əsaslanır. Mən sosial xidmətlərin, təhsil strukturlarının və cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin problemlərinə cəlb etmək istərdim.

İppoterapiyaya pulsuz səyahətlər (at belində gəzmək və atlar ilə ünsiyyət vasitəsilə terapiya - müəllifin qeydi), müntəzəm retritlər, həmçinin analar üçün tədbirlər - məsələn, gözəllik günləri planlaşdırırıq. Başqa ölkələrdə elə proqramlar var ki, valideynlərin bir qədər dincəlməsi üçün uşağa qayğı göstərməyi mütəxəssislər öz üzərinə götürür. Bu, öyrənməli olduğumuz mühüm təcrübədir. Bundan əlavə, bir çox valideynlər övladlarına bir şey olarsa, onların gələcəyindən narahatdırlar. İstərdim ki, xaricdə, məsələn, Almaniyada və ya Norveçdə bu məsələnin necə həll olunduğunu öyrənib uğurlu təcrübələri burada tətbiq edim.

– Aysel, vəziyyətiniz haqqında açıq danışmağa başlamaq çətin idi?

– Bəli, ilk illərdə çox həyəcan keçirirdim. Amma zaman keçdikcə anladım ki, uşağımı gizlətmək istəmirəm. Öz tempi ilə inkişaf etsə belə, mən onu sevirəm və onunla fəxr edirəm. Qəbul etmə prosesi asan olmadı. Bu, dərdin yaşamasının beş mərhələsi kimidir: inkar etmə, “bazarlıq”, qəzəb, depressiya və nəhayət, qəbul etmə. Ən çətini depressiyadan çıxmaqdır. Amma qəbul etməyə çatanda azadlıq başlayır.

Dərk etdim ki, mənim üçün ən önəmli olan uşağımın sağlamlığı və xoşbəxtliyidir. Mən özüm onu “kifayət qədər yaxşı olmayan” hesab etsəm, o bunu hiss edəcək. Mən isə ona inanmaq və bu inamı ona çatdırmaq istəyirəm.

– Övladının inkişaf xüsusiyyətlərinin başqa cür olmasından yenicə xəbər tutan valideynlərə nə deyərdiniz?

– Əgər çətinlik çəkirsinizsə, bilin ki, bu, son deyil. Mənə yazın, psixoloqlarla əlaqə saxlamağınıza kömək edəcəyəm və sizə dəstək olacağam. Əsas budur ki, siz tək deyilsiniz, bunu unutmayın və bundan sonra hər şey mütləq daha yaxşı olacaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri