Icma.az
close
up
RU
Aytən Əliyeva Çində Qlobal gənc lider mükafatına layiq görülüb

Aytən Əliyeva Çində Qlobal gənc lider mükafatına layiq görülüb

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vyana Universitetinin azərbaycanlı doktorantı Aytən Əliyeva Çində "qlobal gənc lider" mükafatına layiq görülüb. SİA xəbər verir ki, Çinin Cıcian əyalətinin Ucen şəhərində 20-23 noyabr 2024-cu il tarixlərində Dünya İnternet Konfransı keçirilib. “İnsan mərkəzli və süni intellektlə rəqəmsal gələcəyi əhatə etmək - Kiberməkanda ortaq gələcəkli bir cəmiyyət qurmaq” mövzusunda keçirilən konfrans texnologiya idarəçiliyi, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi mövzularda 24 alt forumdan ibarət olub.

Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin videomüraciəti yayımlanıb, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şulei, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua, tanınmış internet və rəqəmsal inkişaf şirkətlərinin rəhbərləri çıxış ediblər. Tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, aparıcı internet şirkətlərinin nümayəndələri, o cümlədən ekspertlər, alimlər və media mütəxəssisləri də daxil olmaqla 1800-dən çox iştirakçı bir araya gəlib.

Dünya İnternet Konfransı çərçivəsində süni intellekt üzrə xüsusi komitənin yaradılması, beyin mərkəzlərinin əməkdaşlıq proqramının işə başlaması və beynəlxalq rəqəmsal təlim institutunun yaradılması elan olunub.

Dünya İnternet Konfransının “Qlobal Gənc Liderlik” Proqramına seçilmiş 17 ölkənin, o cümlədən Çin, Braziliya, Rusiya, Malayziya, Cənubi Koreya, İsveçrə və Böyük Britaniyanın nümayəndələri tədbirdə iştirak ediblər. Azərbaycandan Vyana Universitetinin doktorantı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva qlobal gənc lider mükafatına layiq görülüb.

“Rəqəmsal gələcək və gənclik” adlı subforumda “Rəqəmsal əməkdaşlıq və gənclərin rolu” mövzusunda çıxış edən A.Əliyeva Azərbaycanın iqtisadi potensialı, Şərq ilə Qərb arasında ticarət və nəqliyyat yollarında əlverişli mövqeyi, yaşıl inkişafla bağlı təşəbbüsləri barədə danışıb, “Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı doktorantura araşdırma layihəsi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti haqqında məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri