Icma.az
close
up
RU
Aytən Əliyeva Çində Qlobal gənc lider mükafatına layiq görülüb

Aytən Əliyeva Çində Qlobal gənc lider mükafatına layiq görülüb

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vyana Universitetinin azərbaycanlı doktorantı Aytən Əliyeva Çində "qlobal gənc lider" mükafatına layiq görülüb. SİA xəbər verir ki, Çinin Cıcian əyalətinin Ucen şəhərində 20-23 noyabr 2024-cu il tarixlərində Dünya İnternet Konfransı keçirilib. “İnsan mərkəzli və süni intellektlə rəqəmsal gələcəyi əhatə etmək - Kiberməkanda ortaq gələcəkli bir cəmiyyət qurmaq” mövzusunda keçirilən konfrans texnologiya idarəçiliyi, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi mövzularda 24 alt forumdan ibarət olub.Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin videomüraciəti yayımlanıb, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şulei, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua, tanınmış internet və rəqəmsal inkişaf şirkətlərinin rəhbərləri çıxış ediblər. Tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, aparıcı internet şirkətlərinin nümayəndələri, o cümlədən ekspertlər, alimlər və media mütəxəssisləri də daxil olmaqla 1800-dən çox iştirakçı bir araya gəlib.Dünya İnternet Konfransı çərçivəsində süni intellekt üzrə xüsusi komitənin yaradılması, beyin mərkəzlərinin əməkdaşlıq proqramının işə başlaması və beynəlxalq rəqəmsal təlim institutunun yaradılması elan olunub.Dünya İnternet Konfransının “Qlobal Gənc Liderlik” Proqramına seçilmiş 17 ölkənin, o cümlədən Çin, Braziliya, Rusiya, Malayziya, Cənubi Koreya, İsveçrə və Böyük Britaniyanın nümayəndələri tədbirdə iştirak ediblər. Azərbaycandan Vyana Universitetinin doktorantı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva qlobal gənc lider mükafatına layiq görülüb.“Rəqəmsal gələcək və gənclik” adlı subforumda “Rəqəmsal əməkdaşlıq və gənclərin rolu” mövzusunda çıxış edən A.Əliyeva Azərbaycanın iqtisadi potensialı, Şərq ilə Qərb arasında ticarət və nəqliyyat yollarında əlverişli mövqeyi, yaşıl inkişafla bağlı təşəbbüsləri barədə danışıb, “Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı doktorantura araşdırma layihəsi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti haqqında məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri