Icma.az
close
up
RU
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən quraşdırılması qanunsuz idi Ayxan Hacızadə

Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən quraşdırılması qanunsuz idi Ayxan Hacızadə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.

Globalinfo.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı bildirib.

A.Hacızadənin sözlərinə görə, Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.

“Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.

Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.

Həmçinin oxuyun:

Azərbaycanla biz bunun uğrunda mübarizə aparırıq – Ukrayna səfiri

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”, – Ayxan Hacızadə vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see305

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see177

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see157

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see126

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see120

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see119

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri