Icma.az
close
up
RU
Ayxan Abbasov: “Bir gündə çox şeyi dəyişə bilmərik”

Ayxan Abbasov: “Bir gündə çox şeyi dəyişə bilmərik”

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Ukrayna oyunundan (1:1) sonra millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

"Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter, mübarizə aparmaq haqda danışdım. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə o dəstəkdir ki, Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istədi. Amma Xaybullayev zədələndi deyə, onu meydanda saxladıq. Ona olan dəstək sayəsində gümrah olduğu vaxtda etmədiyi sprintləri etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə bu istək qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdilər. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji durum pis idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybullayevin gəlişi komandaya ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf edər".

- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiz?
- Bir gündə çox şeyi dəyişə bilmərik. Məşq etməyə vaxtımız da yox idi. Hadisələr baş verəndə komanda məşq etmişdi. Səhər taktiki məqş etdik. Bir gündə maksimum nəyisə vermək istəyirdiksə, verdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik. Bunu dəyişdik.

- U-21 yığmamız da heç-heçə oynadı. Bir gözünüz yəqin ki, ordaydı? Bir əldə iki qarpız tutmaq mümkün oldu...
- U-21 yığmamıza görə sevinirəm. Portuqaliya ilə oyunda hesab böyük oldu. Danışsaq ki, yaxşı oynadığ düzgünolmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşü 65-ci dəqiqəyə qədər izləyirdim. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi ilə onların beynəlxalq oyunlarının sayı, təcrübəsi artır. Desəm ki, 2 gündür yatmamışam... Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik. 

- Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiz?
- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa top komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır. Mübarizə aparsaq, hər şey ola bilər. 

- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiz? Sınmış komandanı belə formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətindir? Bu komanda ilə nə etmək olar?
- Bazaya girəndə görünürdü ki, futbolçular məyus idilər. Təcrübəli oyunçularla və ümumi görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.

- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardır?
- Mahirlə Renat taktiki baxımdan pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.

- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?
- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qutardı, bu qolu vurdu (gülür). Oyunu dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla, yoxsa Rüstəmlə başlayaq. Amma sonda Toral meydana girdi. O, iki mövqedə oynaya bilir. 

- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu heçə endirməsini nə ilə əlaqələndirirsiz?
- Bu gün bu mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, ora necə getdik, necə mübarizə apardıq? 100 faizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.

- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?
- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək edib, bu durumdan çıxmaq... Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin 1 gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərər.

- Üç yerdə işləmək çətin deyilki?
- Dünəndən yaxşı mövzuya çevrilib (gülür). Məcburidir. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil.

- Millidə heç vaxt oynamamısız. Hansı hissləri keçirdiz? 
- U-21-də uşaqlarlq söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdir. 

- Abdulla Xaybullayev debüt etdi. Onun indiyə qədər millidə olmaması sizə təəccüblü idi?
- Bunu çox müzakirə edirdim. Xaybullayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəsində ən yaxşıdır. "Turan Tovuz" və "Şamaxı"ya onu dəvət etmək istəmişdik. Böyük potensialı var.

- Gah deyirdik ki, prolem futbolçulardadır, gah da xarici məşqçilərdə. Sizcə, həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik? 
- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudur. Bu suallara başqa vaxt geniş cavab vermək olar. Əcnəni məşqçi də lazımdır. Amma əlbəttə ki, yerli məşqçi ilə futbolçulara daha rahat olardı. O, demək deyil ki, əcnəbi çalışmamalıdır. Çətin mövzudur. Allah qoysa, ən düzgün qərar verilər.

Sergey Rebrov: “3 xalı qazanan tərəf olmaq istəyirik” Depay Van Persini GERİDƏ QOYDU DÇ-2026: İspaniya Türkiyə millisini darmadağın etdi - YENİLƏNİB “Zirə”nin futbolçusu Nigeriya millisi ilə görüşdə meydana çıxıb DÇ-2026: Portuqaliya və İngiltərədən qələbə - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Sentyabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri