Icma.az
close
up
RU
Asiya Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Asiya Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Oktyabrın 29-da Bakıda Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilib.

Tədbirin məqsədi Azərbaycanla Asiya-Sakit Okean regionunun əsas turizm bazarları arasında əlaqələri genişləndirmək və ölkənin turizm imkanlarını beynəlxalq səyahət sənayesi nümayəndələrinə təqdim etməkdir.

"Asiya-Sakit Okean regionu Azərbaycanla görüşür: Mənbə bazarından turizm destinasiyasına" mövzusuna həsr olunan sammitin açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanla PATA arasında əlaqələrin uğurla inkişaf etdiyini və Asiya-Sakit Okean regionunun ölkəmiz üçün perspektivli turizm bazarlarından biri olduğunu bildirib.

Fuad Nağıyev cari ildə Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılmasının region bazarlarında Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, "PATA Hosted Buyers Summit Baku 2026" tədbirinin Bakıda keçirilməsinin regionun turizm sənayesi nümayəndələri ilə yerli şirkətlər arasında birbaşa əlaqələrin qurulması və yeni işgüzar əlaqələrin inkişafı baxımından əlverişli imkan yaratdığını qeyd edib.

PATA-nın sədri Henri O çıxışında Azərbaycanın geniş turizm imkanlarının Asiya-Sakit Okean regionunun əsas turizm bazarları üçün maraqlı olduğunu, tədbirin əsas məqsədinin bu imkanları tanıtmağı və təşkilatın mövcud şəbəkəsi vasitəsilə turizm sənayesi tərəfdaşlarını bir araya gətirməyi hədəflədiyini qeyd edib.  

Sammit çərçivəsində Azərbaycan Turizm Bürosu ilə PATA arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.

Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılması və ölkənin turizm imkanlarının tanıdılması, regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media nümayəndələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Sammitin ikinci hissəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50-dən çox turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçirilib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub və yeni işgüzar əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Tədbir proqramı çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfər edərək Azərbaycanın tarixi-mədəni irsi, təbii turizm resursları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaqlar.

İştirakçılara Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar turizm, "Umrah Plus" proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirə olunacaq.

Qeyd edək ki, dünya üzrə rəsmi turizm qurumları, beynəlxalq aviaşirkət və hava limanları, qonaqpərvərlik təşkilatları, təhsil müəssisələri və turizm şirkətləri daxil olmaqla ümumilikdə 650-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası 1951-ci ildən bəri fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır. Azərbaycan Turizm Bürosu 2019-cu ildən təşkilatın üzvüdür.

Müəllif: Mina Mikayılova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri