“Hər kəs çöpü öz gözündə axtarsın!” Aparıcı
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Aparıcı-jurnalist Murad Əzimzadə jurnalistlərə və media əməkdaşlarına qarşı səsləndirilən tənqidlərə münasibət bildirib.
Guhunsesi.info-nun xəbərinə görə, o, jurnalistlərin peşə fəaliyyətləri zamanı üzləşdikləri çətinliklərə diqqət çəkib.
Murad Əzimzadə qeyd edib ki, ölkədə jurnalist olmaq heç də asan deyil.
Onun sözlərinə görə, media əməkdaşları peşə borclarını yerinə yetirmək üçün həm maddi, həm də mənəvi çətinliklərlə mübarizə aparırlar.
Aparıcı-jurnalist bildirib ki, jurnalistlərə peşə dərsi keçməyə çalışan şəxslər ilk növbədə onların hansı şəraitdə fəaliyyət göstərdiklərini nəzərə almalıdırlar.
Əzimzadə media nümayəndələrinin cəmiyyətdəki roluna toxunaraq onların peşə nüfuzunun qorunmasının vacibliyini vurğulayıb. O, hər kəsi öz fəaliyyətinə nəzər salmağa və başqalarını tənqid etməzdən əvvəl öz məsuliyyətini dəyərləndirməyə çağırıb.
“Hamınız öz işinizi ləyaqətlə həyata keçirsəniz, jurnalistlər gözünüzə ox kimi batmaz! Hər kəs çöpü öz gözündə axtarsın!” – deyə Murad Əzimzadə paylaşımında qeyd edib.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Oktyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















