Icma.az
close
up
RU
Ayxan Abbasov: “İnanıram ki, şans bizim tərəfimizdə olacaq”

Ayxan Abbasov: “İnanıram ki, şans bizim tərəfimizdə olacaq”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransaya qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı frikirlərini bölüşdü…

– Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir. Son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduzlar oynayır. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Futbolçularım mübarizədən çəkinməyəcəklər. Bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir bir məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandalara qarşı oynamağın özü motivasiyadır.

– Matçla bağlı düşüncəniz necədir?
– İlk gündən futbolçuların məşqə yanaşması yaxşı idi. Belə oyunlarda gərginlik olur, futbolçulara təzyiq də olur. Çalışırıq ki, bunu çox da oyuna yansıtmayaq. Çox fikirləşəndə bu da mənfi təsir edir. Futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün gəzinti də oldu. İnanıram ki, oyunçular o stresdən çıxıb, oyuna tam hazırlaşacaq.

– Mbappe bildirib ki, sabah Jirunun rekordunu qırmağa çalışacaq. Bu, sizin futbolçuların motivasiyasını artırır?
– Bu futbolçular statistikaları daha yaxşı etmək üçün qol vurmaq, rekordlar qırmaq istəyirlər. Normaldır. Rəqibin son oyunlarını da təhlil etmişik. Mbappenin belə deməsi futbolçularımızda bir az hirsi artıra bilər. Biz daha soyuqqanlı, daha sakit bu oyuna yanaşmalıyıq. Reallıq da var. Bu gün rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz. Biz də gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu oyunlarda qazanmalıyıq. Futbolçularımız özlərini göstərməlidilər ki, gələcəkdə özümüzə yaxın rəqiblərə qarşı başabaş ya üstün oynayaq. Fransa ilə son dəfə 20 il öncə qarşılaşmışıq. Güclü komandalarla oynamaq özü də möhkəmlik gətirir.

– Sabah inşallah, möcüzə baş verər. Bunun 10 şansı varsa, 9-u bəxtə bağlıdır. 10-cunu gətirmək üçün nə etmək lazımdır?
– Müasir futbolu təhlil etsək, oyunda şansların kimin tərəfdə olması önəmlidir. Oyuna çox şeylərlə hazırlaşırsan, elə vəziyyətlər olur ki, hər şey alt-üst olur. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. Futbolçulardan istəyim odur ki, nə baş versə də, təslim olmasınlar. Bu, bizim üçün vacibdir.

– Heyəti müəyyənləşdirmisiz?
– Hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayır. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək.

– Demək olar, hər şeydən danışdıq. Bəs siz özünüzü necə hiss edirsiz?
– Gözəl hissdir. Mənim üçün də ilkdir. Nələrəsə nail olmaq istəyirsənsə, işlərdən keçirsən. Belə böyük oyun oynamaq biz məşqçilərin gələcəyi üçün şansdır. Avropa və dünya çempionuna qarşı oynamaq, onu təhlil etmək başqa hissdir. Məşqçi heyəti ilə birlikdə futbolçuları oyuna hazırlaşdırmağa çalışdıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri