Icma.az
close
up
RU
Ayxan Abbasov: İnanıram ki, istədiyimiz qolları vuracağıq

Ayxan Abbasov: İnanıram ki, istədiyimiz qolları vuracağıq

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.

Sportal.az xəbər verir ki, yığmamızın ba məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarmalıyıq. Bu matçda tələssək, düzgün oyun qurmasaq, çətinlik çəkə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcəklər, həm də qələbə qazanacaqlar.

- Heyətdə zədəli futbolçular var?

- Litva ilə oyundan sonra xırda zədələr çox oldu. Ümid edirəm ki, bugünkü məşqdə hamısı geri qayıdacaq. Renat Dadaşovu itirmişik. Sabahkı oyunda bizə kömək edə bilməyəcək. Digər oyunçularda xırda zədələr var. Amma oynamayacaq qədər deyil. Hər kəs oynamaq istəyir. Bu da bizi sevindirir.

- Litvadakı matçdan sonra komandanın oyununda nə dəyişiklik etmək istəyirsiz?

- Onsuz da biz hər dəfə rəqibə görə oyunu təhlil edirik. Fərqli komandalardır. Litva ilə Lixtenşteyn tam fərqli oyun oynayır. Bilirik ki, bu oyunda müdafiəni yarmaq vacib olacaq. Sonluq yaxşı olmalıdır. Bunu yerinə yetirmək lazımdır. Üç məşqdir bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən üstün cəhəti əks-hücumlardır.

- Avropada, dünyada zəif komanda yoxdur. Gözlənilməz vəziyyətə hazırsız?

- Düz qeyd edirsiz. Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.

- Sizcə, azarkeşlər stadiona gələcəklər?

- Millimizə dəstək lazımdır. İnanıram ki, azarkeşlər olacaq. Futbolçular bu stadionda oynamağı xoşlayırlar. Ümid edirəm ki, azarkeşlər gələcəklər.

- Zamiq Əliyev milliyə dəvət olunmayıb. Onunla bağlı fikriniz necədir? 

- Futbolçular hamısı müsahibə verir. Onları həmişə haqlı sayıram. Hamısı millidə oynamaq istəyir. Amma Zamiq yəqin ki, xəbərsizdir, biz onun bütün oyunlarına baxmışıq. Tur bitən kimi xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiqi də izləyirik. Söhbət Zamiqdən açılıbsa, biz necə seçim edirik? Ola bilər ki, məşqçi görüşləri başqadır. Bu gün onun yerində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Amma bu o demək deyil ki, Zamiqi bəyənmirik. Sabah ona da dəvət gələ bilər. Zamiqlə şəxsi problemim yoxdur.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Sentyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri