Ayxan Abbasov: İnanıram ki, maksimum nəticə qazanacağıq
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
“Millətlər Liqasına qədər ümumilikdə iki toplanışımız olacaq. Hazır olmaq üçün bu toplanışlardan maksimum istifadə etməyə çalışacağıq".
Teleqraf xəbər verir ki, bu fikirləri "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib.
Onun sözlərinə görə, əsas məqsəd Millətlər Liqasında C Liqasına yüksəlməkdir: "Buna hazır olmaq üçün də qarşıdakı oyunlar vacibdir. Sevindirici haldır ki, milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Qarşıdakı iki matçda hər kəsə şans verməyə çalışacağıq. Futbolçuların bir-birilərinə uyğunlaşmaları çox vacibdir. Çünki çox vaxtımız olmayacaq. Rəqiblər bizim üçün yad komandalar olsa da, futbolçuları məlumatlandırmağa çalışdıq. İnanıram ki, hər iki oyunda maksimum nəticə qazanacağıq. Komanda bunun üçün əlindən gələni edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 26 Mart 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















