“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Oktyabrın 23-də huşunu itirərək xəstəxanaya yerləşdirilən belçikalı mütəxəssisin yaxın vaxtlarda işinə qayıtması gözlənilmir.
İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı baş məşqçinin oktyabrın 31-də “Borussiya Dortmund”, noyabrın 3-də “Atletiko Madrid” və noyabrın 7-də “Maynts”la keçiriləcək qarşılaşmalarda komandanın başında olması istisna edilir.
Məlumata görə, Kompani noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra vəzifəsinin icrasına qayıda bilər. Lakin bununla bağlı yekun qərar hələ verilməyib.
Baş məşqçinin səhhətindəki problemin dəqiq səbəbi də müəyyənləşdirilməyib. Almaniya mətbuatının yazdığına görə, huşunu itirdiyi gün şiddətli baş ağrılarından şikayət edən mütəxəssis geniş nevroloji müayinələrdən keçib. Həkimlər insult və infarkt ehtimallarını istisna etsələr də, onun huşunu itirməsinə nəyin səbəb olduğu hələ aydınlaşmayıb.
“tz” nəşrinin məlumatına əsasən, Kompani yıxılarkən çiyni də çıxıb. O, hadisədən sonra Münxendəki xəstəxanaya çatdırılıb və müayinələri davam etdirilir.
Bununla belə, baş məşqçinin vəziyyətində müsbət dəyişikliklər var. Onu xəstəxanada ziyarət edən köməkçisi Aaron Denks mütəxəssisin özünü daha yaxşı hiss etdiyini söyləyib.
“Mən dünən Vinsenti xəstəxanada ziyarət etdim. Əhvali-ruhiyyəsi yaxşıdır. Görünür, vəziyyəti hər gün yaxşılaşır. Bu, çox müsbət haldır”, - deyə Denks bildirib.
Xatırladaq ki, Kompani oktyabrın 23-də “Bavariya”nın ikinci komandasının məşqini izləyərkən huşunu itirib. Hadisədən əvvəl o, virus infeksiyası keçirib və bu səbəbdən komandanın bəzi məşqlərində iştirak etməyib.
Münxen klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl baş məşqçinin sağlamlığının hər şeydən vacib olduğunu vurğulayaraq onun tam sağalana qədər işə qayıtmayacağını bildirib.
Hazırda “Bavariya”nın məşq prosesinə və oyunlarına Kompaninin köməkçiləri rəhbərlik edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Oktyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















