Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, bu gün xarakter göstərmək lazım idi. İlk hissədə oyun daha çətin keçdi. Ümumi götürəndə, pis mübarizə aparmadıq. Təəssüf ki, oyunun sonlarında qollar buraxırıq. Futbolçuları bununla bağlı xəbərdarlıq edirik. Oyunçulardan bunu diqqətdə saxlamaqlarını istəyirdik. Sonda boşluq verdik və məğlub olduq. Qarşıdan gələn oyunlara hazırlaşacağıq”.
QOL.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, "Qarabağ"a qarşı kubok matçında da aqressiv oynamaları barədə fikrə belə münasibət bildirib: “Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirlər. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Ümumi götürsək, "Şamaxı" hər matç xarakter göstərir. Kubokun cavab görüşündə daha aqressiv oynamalıyıq”.
Mütəxəssis son dəqiqələrdəki əvəzetmələrin səhv olduğunu düşünmür: “Oruc özü əvəzetmə istədi, Kərim Rossi yorulmuşdu. Həmin anda müdafiədə boşluq yarandı. Komanda olaraq konsentrasiyamız çatmadı”.
A.Abbasov matçın sonlarında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadəyə verilməyən ikinci sarı vərəqə epizodu barədə də danışıb: “Məncə, ikinci “sarı” idi. Dirsək epizodu da var idi, müzakirə edilə bilər. Tam dəqiq baxmamışam. Bəlkə də, qaydalar çərçivəsindədir”.
Baxış sayı:184
Bu xəbər 10 Fevral 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















