Icma.az
close
up
RU
Məncə, yaxşı oynadıq Ayxan Abbasov

Məncə, yaxşı oynadıq Ayxan Abbasov

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:

“Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Üçgündənbir iki güclü komandaya qarşı oynamaq çox çətindir. Oyunçularıma təşəkkür etmək istəyirəm, həqiqətən, yaxşı mübarizə apardılar. Gələcəyə nikbin baxırıq. Evdə iki oyunumuz var. Çalışacağıq ki, xallarımızı artıraq və futbolçu qazanaq.

Məncə, yaxşı oynadıq. Bu gün də mübarizə apardıq. Bir az çempionatın tempi artsa, futbolçularımız 90 dəqiqə meydanda olsa, daha yaxşı olar. İlk oyunu Ukrayna ilə oynasaydıq, bəlkə də, fərqli olardı. Amma inanın ki, komandamız bu gün xal qazanmaq üçün əlindən gələni etdi. Bütün futbolçular yorğun olsalar da, sona qədər döyüşdülər. Üç gündən bir oyunlara öyrəşməliyik. Bunu özümüzə problem etməməliyik.

Ruhumuz olmasa, komanda qurmaq çətin olacaq. Çünki milli komandada elə də çox vaxt olmur. İlk toplanışla ikinci arasında böyük bir fərq var. Düzdür, Fransa bizə şans tanımamışdı. Ancaq onlarla matç futbolçulara böyük bir güvən vermişdi. Bugünkü oyunda da o güvəni hiss edirdik.

Rəqib nə qədər imkan verirsə, biz hücum edirik. Bu gün də hücumlar edirdik. Rəqiblər də çox güclüdür. Evdəki oyunlarda azarkeş dəstəyinin də böyük üstünlüyü var. Bütün bunlar olduqda daha dominant futbol oynayarıq.

Mən həm də klub məşqçisiyəm. Bəzi sözləri desəm, düzgün anlaşılmır.

Şahrudin İslandiya ilə oyunu buraxır. Nə edək? Biz bir qapıçıdan ibarət olmalı deyilik. Hə, burda futbolçuların da günahı var. Komandanda forma şansı almırsansa, daha az iddiası olan komandaya gedib daha çox oyun təcrübəsi qazanmalısan. Bu gün mən Rüstəmi alqışlayıram. “Sumqayıt”a getdikdən sonra xeyli artırıb.

Qapıya zərbələrimiz çox oldu. UEFA Millətlər Liqasında bizə yaxın rəqiblərlə başabaş oynaya bilərik. Bu sözü elə-belə demədim. Çünki mən oyunçularda bu potensialı görürəm. Ona görə də, özümüzə yaxın rəqiblərlə üstün oynaya bilərik. Amma bu gün Ukrayna ilə bu bir az çətindir”.

Azərbaycan millisi hazırda 1 xalla D qrupunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://fanat.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri