Icma.az
close
up
RU
Ayxan Abbasov: “Nəticə istəyiriksə, səbr etməliyik”

Ayxan Abbasov: “Nəticə istəyiriksə, səbr etməliyik”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Azarkeşlərə təşəkkür edirəm. Çoxdan idi, millinin oyununda belə atmosfer olmurdu. Onlara təşəkkür edirəm. Dəstəkləri futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı, istəkli oynayaq. İslandiya ilə matçda çox da alınmadı. Bu gün daha rahat oynadıq. Fransaya qol vurmağın özü də çətinlikdir. Qoldan sonra üstümüzə gəldilər. Standart vəziyyətlərdə güclü olduqlarını bilirdik. Şahruddinin zədələnməsi də üçüncü qolda təsir etdi. Buna baxmayaraq, son oyunlarda futbolçular əzmkarlıq göstərir, onlara təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Bu gün meydançada yavaş-yavaş irəliləyiş hiss edilir. İtkilərimiz var idi. Əsas heyətin 5-6 üzvü oynamırdı. Tsikl bitdi, irəli baxacağıq.

– Mustafa Əhmədzadə debüt etdi. Fransa kimi rəqibə qarşı onu oynatmaq qazanmaq üçün idi?
– İnanın ki, İslandiya ilə matçda Mustafanı əsas heyətdə düşünürdük. Emin oynamasaydı, startda olacaqdı. Onun böyük potensialı var. Soyuqqanlı biridir.

– Xəyal Əliyev iki oyunda da startda oynadı. Ondan razı qaldınız?
– Xəyal iki oyunda da yaxşı performans göstərdi. Ona oyun lazımdır. Məncə, Xəyal millinin əsas oyunçularından birinə çevrilib.

– Bu tsiklda milli nələrə nail oldu?
– Qrup çətin idi. Reallığa baxaq. Fransanın bizim qrupda olması rezonans doğurmuşdu. Tez-tez “Oser faciəsi”ni xatırladırdılar, deyirdilər, oyuna getməyək. İnam az idi, amma futbolçular gələcək üçün inam verdi. Hər kəsə qarşı oynaya bilərik. Futbol inkişaf edir. İstək, əzm vacibdir. Komandamızda son 4 oyunda inam, irəliləyiş var.

– Abbas Hüseynov ikinci hissədə meydana daxil olub, cinahda irəlidə oynadı. Onu sırf təcrübəsinə görə bu mövqedə oynatdınız?
– Oyundan öncə belə fikirlərimiz var idi. Ancaq Şahruddinin əvəzlənməsi plansız oldu. Renat Dadaşov, Xəyal Əliyev yorulmuşdu. Renat oyundan çox düşdüyü üçün Nərimanı hücuma atdıq, Qismət Alıyevə kömək üçün isə Abbası meydana daxil etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüdafiəçi kimi oynamasından problem yoxdur.

– Futbolçu yetişməsi problemi var. Sizin müqaviləniz də hələ açıqlanmayıb. Qalsanız, hansı müddətə hansı planları düşünəcəksiniz? Əsas millini Millətlər Liqasında C Liqasına qaldırmaq, ya aşağıdan nələrəsə nail olmaq?
– İlk növbədə C Liqasına qalxmalıyıq. Düzdür, problemlər çoxdur. Öncə istəyirik ki, futbolçular tam formada olsun. Millidə ən az seçimin olan vaxtlardır. Bu oyundan qabaq desəydik, başqa cür başa düşülərdi. Bu gün sağ cinahla bağlı düşünürdük ki, nə edək? Abbas oynasa, effektiv olar. Hücum xəttində olanların klublarında oynaması da vacibdir. Futbolçular klublarında daimi oynasa, millidə çətinlik çəkməzlər. Fikrimiz var, bəzi detalları danışırıq. Bu gün bəzi klubların da üzərinə yük düşür. Futbolun inkişafı tək federasiyadan asılı deyil. Oyunçu klublarda inkişaf etməlidirlər. İndi addımlar yavaşdır.

– Millidəki taleyiniz necə olacaq? Millətlər Liqasında komandanın “sükanı arxasında” olacaqsınız?
– İnşallah, səbr edək. Həqiqətən, ağır oyunlar keçirdik. Mübarizə aparırıq. Oyundan-oyuna çalışırıq. Vaxta ehtiyac var. Nəyəsə nail olmaq istəyiriksə, zaman lazımdır.

– Həm “Şamaxı”da, həm millidə işləmək çətindir. Siz harda davam edəcəksiniz?
– İki komandada işləyib, uğurlu olan məşqçilər var. Bizdə müqayisələr düz aparılmır. Düzdür, yığmada davam edəcəyiksə, müzakirələr olacaq. Marta qədər millinin oyunu yoxdur. “Şamaxı”dakı işimi yaya qədər davam etdirməliyəm. Milli oldu-olmadı, davam etməliyəm, öhdəliklərim var. Bundan sonra müzakirələr aparılacaq.

– “Qarabağ”dan 5 futbolçu dəvət almışdı. Oyunlarını necə dəyərləndirirsiniz?
– Oyunçulardan narazı qaldığımız yoxdur. Heyətdə oyunçuları klublara görə ayırmırıq.

– Bəzi futbolçular klublarda oynamasa belə, qalırlar. Oynamayan hansısa futbolçunu “Şamaxı”ya gətirməyi düşünürsünüz?
– Gəlsələr, hamısını götürərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. İndiki məqamda ən böyük çatışmazlıq budur. Oyunçular ideal formada olsa, millidə potensial çoxdur.

– Millətlər Liqasındakı rəqiblər “dişimizə” görədir. Onlarla hücum futbolu oynayacağıq, ya müdafiə? 
– Biz bu söhbətləri çox edirik. Xahiş edirəm, futbollara diqqətlə baxın. Çempionlar Liqasında bəzi komandalar var ki, necə müdafiə futbolu oynayır. “Yuventus”, “Milan” kimi komandaların müdafiəsinə baxın… Bizdə bu fikirlər dəyişilməlidi. Bu gün hər iki hissədə pressinq etməyə çalışdıq. Rəqib Fransadır, amma baxın, ən çox hücumu da bu gün etdik. Qələbə üçün hücuma getməlisən. Lakin müdafiədə də etibarlı oynamalısan.

– Oyundan əvvəl Sərxan Hacıyevlə ayaqüstə danışdınız. Gələcəyinizlə bağlı söhbət edirdiniz? 
– Bu məsələ ayaqüstü danışılmır (gülür). Fransa ilə oyun haqda danışırdıq.

– Həmişə mətbuata qarşı yaxşı olmusunuz. Lakin sizin futbolçularınız, xüsusilə də, Renat Dadaşov, Anton Krivotsyuk və digərləri mətbuata hörmətsizlik edir, medianın yanından düz keçir…
– Bu məsələni birinci dəfədir, eşidirəm. Nəzərimizdə olar, futbolçularla danışarıq. Həmişə deyirik, futbolçular mətbuatdan qaçmasın. Məncə, qaçmırlar.

– Klubunda oynamayan futbolçulardan biri də Rza Cəfərovdur. Onu “Şamaxı”ya gətirərsiniz?
– Yayda olsaydı, fikirləşərdik. Bəlkə, elə Rikardo Fernandesi milliləşdirək? (gülür)

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri