Icma.az
close
up
RU
Ayxan Abbasov: “Futbolçulara bu inamı verməliyik”

Ayxan Abbasov: “Futbolçulara bu inamı verməliyik”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayacağıq. Rəqib üçün də önəmli matçdır, şanslarını itirmək istəməyəcəklər. Futbolçulara inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Rəqib son oyunda Fransaya qarşı oyunda xal qazandılar. Ukraynaya məğlub olsalar da, yaxşı oynadılar, uduzmağa layiq deyildilər. Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm. Düzdür, itkilərimiz var. Lakin milliyə kim çağırılıbsa, onlar üçün şansdır. Emin Mahmudovun oynaması sual altındadır, Elvin Cəfərquliyev də olmayacaq. Kimlər oynayacaqsa, özlərini göstərmək üçün bir şans olacaq. Gələcəyimiz üçün bu oyunlar vacibdir.

– İslandiyanın hansı güclü tərəfləri var?
– Oturmuş heyətləri var. Avropanın TOP-5 liqalarında oynayan futbolçulara sahibdirlər. Eyni zamanda baş məşqçilərinin üslubları var. İlk oyundan çox da danışmaq istəmirəm. Həmin matçda rəqibin qolundan sonra komandada dağınıqlıq oldu və böyük hesab qeydə alındı. Bunu unutmalıyıq. Sabah xal qazanmalıyıq.

– Millidə məğlubiyyət qorxusu yoxdur?
– Futbolçularımıza qələbə arzusunu aşılamaq istəyirik. Futbolçular da həvəslidir. Bizim oyunçuların təzyiq altında olmasına ehtiyac yoxdur. Daha rahat futbolumuzu oynamalıyıq. Yeni futbolçular üçün bir az həyəcanlı gələ bilər. İnanıram ki, azarkeşlərimiz sabah komandaya dəstək olacaq.

– Gəlişinizdən sonra Fransadan başqa, digər rəqiblərə qol vurmuşunuz. Qol seriyasını davam etdirmək alınacaq?
– Hər oyun qol vurmaq istəyirik. Hücum potensialımız var. Çalışacağıq ki, qol vuraq. Çünki qələbə istəyirsənsə, qol vurmalısan.

– Rəqib “ikinci mərtəbədə” təhlükəlidir. Onların qarşısını ala biləcəksiz?
– İslandiyadakı ilk qolu da standart vəziyyətdən vurmuşdular. Sabah buna daha çox diqqət edəcəyik.

– Gəlişinizdən sonra oyunçularda özünəinam yaranıb. Bunu necə bacardınız?
– Futbolçulara bu inamı verməliyik. İnam məşqçidən futbolçuya keçir. Bəzi oyunçularla fərdi, bəzən ümumi danışırıq. Harda olduğumuzu dərk etməliyik. Bilirik ki, rəqiblərimiz kimdir. Onlarla ayaqlaşmaq çətindir. Amma meydanda istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik, amma istəyimizə maneə yoxdur. Futbolçularım bundan əvvəl əzmkarlığı, arzunu göstərdi. Bunu davam etdirməliyik.

– Heyətdə 4 qapıçı var. Bu qədər saya nə ehtiyac var idi?
– Şahruddin Məhəmmədəliyev cəzalıdır. 3 qapıçı da mütləq siyahıda olmalıdır. Ona görə əlavə bir qapıçı çağırdıq. Səlahətin olmasına səbəb də təcrübəsidir. Rza Cəfərov oynamır, bilirik. Amma ona dəstək olmalıyıq. O da qərarını verib, daha çox oynamalıdır. Rza bizim gələcəyimizdir.

– “Karvan-Yevlax”da çıxış edən Kamran İbrahimov özünü yaxşı tərəfdən göstərir. Onun yığmaya gəlişi müzakirə mövzusudur?
– Adlardan danışmaq istəmirəm. Hər kəsin yığmaya çağırılmaq şansı var. Kimin futbola necə baxdığı da önəmlidir. Bir oyuna görə milliyə dəvət alınmır. Gələcəkdə hər oyunçuya şans ola bilər.

– Elvinin də yoxluğunu nəzərə alsaq, sabah Rüfət Abbasov meydana çıxa bilər?
– Elvinin yoxluğu böyük itkidir. Yaxşı formada idi və millidə önəmli rolu var idi. Sabah Rüfəti meydanda görə bilərik.

– Hücum xəttində problemlər var…
– Futbolçuların oynayıb-oynamaması haqda bu dəqiqə çox danışmayaq. Yaralı yerimizdir və qısa vaxtda dəyişiklik etməyə seçimimiz yoxdur. İnanın, ən yaxşıları çağırırıq. Geniş danışsaq, daha 10-12 futbolçunu milliyə namizəd göstərə bilərik. İnanıram ki, gələn il bu siyahı daha çox olacaq.

– “Turan Tovuz”dan nə üçün oyunçu yoxdur?
– Faiq Hacıyevi dəvət etmək istəyirdim. Elvin və Rüfət var idi. Elvin xəstələndi. Bundan əlavə, Qismət, Abbas, Rəhman var. Bu mövqedə ciddi rəqabət gedir.

– Elvinin, Mahirin, yoxsa Musanın yoxluğu daha ciddi itkidir?
– Elvin hazırda çox yaxşı formada idi. Çempionlar Liqasında bütün oyunlarda oynayır. Yoxluğu böyük itkidir. Əvvəlki matçlara baxsaq, həm Musa, həm Mahir fərqli oyunlarda bizə kömək olub. Daha yaxşı olmaq istəyiriksə, oyunçular daha çox oynamalıdır. Musa və Mahir də bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.

– İslandiya millisinin baş məşqçisi bildirdi ki, sistem eynidir, amma Azərbaycan yığması indi daha istəkli oynayır. Fikirlərinə necə münasibət bildirərsiniz?
– Sistem eyni deyil. Son oyunlara baxım istəyimizi görüb. İslandiya Fransaya 2 qol vurursa, deməli, təhlükəli rəqibdir.

– Milliləşdirməyə baxışınız necədir?
– İndiki məqamda buna ehtiyac görmürəm. Qarşımızdakı hədəfi bilməliyik. Məsələn, bu 2-3 futbolçu bizi dünya çempionatına çıxaracaqmı? Mən öz oyunçularımızın oynamasının tərəfdarıyam.

– Xəyal Əliyevin dəvət alması nə ilə bağlıdır?
– Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı oyunçularımızdan ola bilər. Çox çalışmalıdır. Hər futbolçu səhv edə bilər. Danışığımız olub. Tək o deyil, qısa vaxtda U-21-dən əsas komandaya oyunçu çağırırıqsa, az iş deyil. İstəyirdik ki, bu uşaqların beynəlxalq təcrübəsi olsun.

– U-19 yığması Çexiyaya böyük hesabla uduzdu (1:6). Maraqlıdır, AFFA rəhbərliyi ilə ümumi futbolumuzun, aşağı yaş qruplarının inkişafı ilə bağlı söhbətləriniz olubmu?
– İnanın, 3-4 gün öncə AFFA-da idim. Baş katib və müavini ilə son oyun haqda danışmaq istəyirdik. Sadəcə mövzu gəldi uşaq futboluna çatdı, gördük ki, 4 saatdır, danışırıq. Problemlər var. Güclü rəqiblərə qarşı çətinlik çəkirik. Demək, onlardan zəifik. Biz bir addım atanda, onlar beşini atır. Bir meydança tikəndə sevinirik, amma onlarda eyni vaxtda on ikisi tikilir. Belə vəziyyətdə rəqabətdə uduzacağıq. Təslim olmamalıyıq. Problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar da çalışmalıdır. O uşaqlar klublardan gəlir. Klublar uşaq futboluna necə yanaşır, məsələ budur. Daha çox əsas komandayamı diqqət edəcəyik? Bu gün uşaq futbolu ayrılmalıdır. Avropa ölkələrində bəzi böyük komandalar var ki, akademiyaları çox zəifdir. Onlar kənardan oyunçu gətirir. Bizdə də uşaq komandaları, məşqçilər artmalıdır. Başlamasaq, çətin olacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri