Icma.az
close
up
RU
Ayxan Abbasov: Rüfət Abdullazadədə istədiyimizi görsək, çağıracağıq

Ayxan Abbasov: Rüfət Abdullazadədə istədiyimizi görsək, çağıracağıq

Icma.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının VIII turu çərçivəsində "Şamaxı" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Çətin oyun idi, mühüm qələbə qazandıq. Bilirik ki, "Qəbələ" turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun oldu, bunu gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, 2-ci hissə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq. Fasilə olacaq, zədəlilərimiz də var. Çətindir. Onlar da düşərgəyə qayıdanda, daha rahat olacaq. Azarkeşlərimizi təbrik edirəm. Bu gün mühüm xal qazandıq və turnir cədvəlində irəliyə addımlaya, həm də xal fərqini artıra bildik. Bu da bizim üçün mühümdür.

- "Şamaxı" olaraq fasilədən necə istifadə edəcəksiz?

- Planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdır, futbolçularımız tonusda olacaq. Beş futbolçumuz U-21 yığmasında olacaq. Məşqlərimiz eyni səviyyədə davam edəcək.

- AFFA-nın məlum paylaşımından nəsə başa düşmək olmadı. Sizdən eşitmək istəyərdik, milli komandaya baş məşqçi təyin olunmusuz? Detallar haqda məlumat verə bilərsiz?

- Məncə, AFFA məlumat verib, milli komandamıza rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi. O güvəni də gördüm. Milliyə kömək də lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, Ukrayna oyununa çıxardıq komandanı, qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır. Bu dəqiqə bir-birimizə güvən var, milliyə biz başçılıq edirik.

- Müddət məsələsində fikir ayrılığı var?

- Müddətdə heç bir problem yoxdur. Bir az müddət məsələsini də elə danışırıq ki, sanki 5-6 il desəm, Hər şey bitir. Bilirsiz ki, məndən əvvəlki məşqçilərdə də müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odur ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədir. O barədə fikir mübadiləmiz olub, anlaşma da sağlanıb.

- Rüfət Abdullazadəni milliyə niyə dəvət etmədiz?

- Ən önəmlisi odur ki, heyəti qorudum. Çünki millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Son matçda da futbolçuların istəyinə görə haqq edirdilər ki, yenidən millidə olsunlar. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdır. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdir. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.

- Mahir Emreli klubunda oynamayanlardandır. Bu proses davam edərsə, necə olacaq?

- Mən başqa cür yanaşıram. Mahirlə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda da nəsə problem ola bilər, çətindir, oyun praktikası azdır. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. Klubundakı niyə birdən-birə belə qərar verdilər? Çünki "Kayzerslautern" Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü də pis keçirməmişdi. Ona güvənimiz çoxdur. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.

- Milli üzvlərinin az oynamasının səbəblərindən biri də legioner limitidir. AFFA rəhbərliyi ilə söhbətinizdə bu barədə bu haqda danışmısız? Yenidən limitin tətbiqi gündəmə gələ bilər?

- Həmişə bu fikirdə qalıram ki, çempionatımızda ən azından limit olmalıdır. Bunu əvvəllər də demişəm. Ancaq futbolçular da fikirləşməlidir. Oyunçular da bəzən səhv qərarlar verirlər. Bilirlər ki, o komandada oynamaq ona çətin olacaq, ancaq israrla orada qalırlar. Bu gün yerli futbolçuların ən az oynadığı klub "Turan Tovuz"dur. Rəhim Sadıqov, Ayxan Quseynov, Veysəl Rzayev, Xəyal Nəcəfov, bunlar milliyə namizəd ola bilərlər. Amma az oynayırlar. "Qarabağ"da elədir ki, liqada oynayırlar, balans yaranır. Bəzən futbolçular milli üçün mübarizə aparmalıdırlar. Bu gün "Neftçi"də, "Zirə"də yerlilər oynayır, rəqabətdə udurlar. Gələcək göstərəcək. Fikir mübadiləsi olarsa, yenə də fikrimizi deyərik.

- Fransaya qarşı oyun haqda nə düşünürsüz? Sizcə, öz imicinizə də zərbə ola bilər? Çünki bəzi azarkeşlər Oser faciəsinin təkrarlana biləcəyini ehtimal edir. A milliyə gəlişinizi bir qədər ləngidib, sonra təyinat gerçəkləşə bilərdi?

- Fransa, Ukrayna və İslandiyaya qarşı oynamaq çox çətindir. Amma inanın ki, bu haqda bir saniyə belə, fikirləşməmişəm. Məni başqa detallar narahat edirdi. Doğrudur, dediyiniz məqamlar önəmlidir. Millidə çalışmaq istəyirsənsə, rəqiblər hər zaman güclü olacaq. Qarşıdakı rəqiblərin kim olacağını bilmirik. Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq. Futbolçularım da inanacaq, döyüşəcəyik. Bu dəqiqə ən vacibi savaşmaqdır. Bunu etdikdən sonra neqativlər olmayacaq. İnamlıyam. Qarşımıza qoyulan məqsəd vuruşmaqdır.

- Oynamayanları milliyə dəvət edən də sizlərsiz. Niyə onları dəvət edirsiz?

- Bu gün klublarında oynamayanlar zəif deyillər. Hər məşqçinin seçimi var. Oynayan oyunçulara baxmaq və oynamayanlarla müqayisə etmək lazımdıır. 

- Məsələn, keçmiş futbolçunuz Ayxan Hüseynov...

- Oynayır ki? İndi sizin oynamayanlar dediyiniz oyunçular, əvvəl oynamayıb? Elə yanaşmayaq da. Seçim azdır. Sən də haqlısan, mən də haqlıyam. Bu gün altı ay oynamayan oyunçunu milliyə dəvət etsəydim, sizinlə razıyam. Bu dəqiqə o oyunçuların hər an oynamaq şansı var. Mahir Emreli ən yaxşı oyunçumuzdur. Onu kənara atmağımız düzgün olmazdı. Ayxanı yaxından tanıyıram. Qol vurub. Onun yerində oynayanlara baxmaq lazımdır. Ceyhun Nuriyev dubl edib. Rüfət Abdullazadəni izlədim. Son oyunu məni qane etmədi. Oynamaq kifayət etmir. Rüfət 45 dəqiqə oynayırsa, milliyə gələcək deyə, bir şey yoxdur. Oyun keyfiyyəti var. Ozancan Kökçünü də dəvət etmədim. Baxışlar var. Rüstəm də oynayır, Rüfət də. Rüfət Abdullazadədə istədiyimizi görsək, çağıracağıq.

- U-21 yığması ilə bağlı planlar necə oldu?

- Heç bir plan yarıçmıq qalmayıb, davam edir. Qərarlaşdıq ki, ora da nəzarətimiz olacaq. Düzdür, oranın baş məşqçisi olacaq. Orada 4-5 futbolçu var ki, A milliyə namizəddir. Amma təcrübə qazanmalıdırlar. Builki işimiz o idi ki, A milliyə 4-5 oyunçu qazandıraq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri