Icma.az
close
up
RU
Ayxan Abbasova müvəqqəti gözüylə baxanlar Fransanın qabağına o çıxsın, Millətlər Liqasına başqası?

Ayxan Abbasova müvəqqəti gözüylə baxanlar Fransanın qabağına o çıxsın, Millətlər Liqasına başqası?

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adlı-sanlı, hətta adı heç bir dəftərdə olmayan əcnəbilərin Azərbaycana gəlib uğursuzluq yaşaması ictimaiyyətdə belə fikir yaradıb ki, millinin növbəti baş məşqçisi yerli mütəxəssis olacaq. Təəssüf ki, bu məsələ hələ tam həllini tapmayıb. AFFA rəhbərliyində yerli məşqçi tərəfdarı olanlar varsa da, hələ də buna qarşı çıxanlar da mövcuddur. Bu mövzuda yuxarılar arasında "soyuq müharibə" gedir. 

Yerli mütəxəssislərə gəlincə, müzakirələr əsasən bir neçə məşqçi ətrafında gedir. Təəssüf ki, bəziləri bilərəkdən, bəziləri isə nə deməsinin mahiyyətinə varmadan Ayxan Abbasova qarşı hörmətsizlik edirlər. 

Təklif olunan variantlardan biri də odur ki, bu seçmə mərhələnin sonuna qədər millinin baş məşqçisi Ayxan Abbasov olsun, sonra yeni təyinat məsələsinə baxılsın. Bu nə deməkdir, nə dediyinizin fərqinə varırsız?

Azərbaycan millisini qarşıda Fransa ilə ağır oyunlar gözləyir. Millimizin indiki durumunu nəzərə alsaq, "Oser faciəsi"nin təkrar olunacağını ehtimal edənlər az deyil. Bəziləri istəyir ki, Fransa kimi "tank" qabağına millini "yalın əllə" Ayxan Abbasov çıxarsın, amma qarşıdakı Millətlər Liqasının D divizionunda başqa məşqçi gəlib hazıra nazir əyləşsin yuxarı başda... 

Ayxan Abbasov kimi işgüzar məşqçinin qədrini bilməməyiniz bir yana, heç olmasa hörmətsizlik etməyin. Belə bir çətin durumda millətini, xalqını düşünərək yaxasını kənara çəkmədi, Ukrayna qabağına döyüşkən milli çıxardı, yığmaya ilk xalını qazandırdı. 

Ayxan Abbasov millidə qalacaqsa, ona 3 illik müqavilə təklif olunmalıdır. Əcnəbilərə verilən vaxt ona da tanınmalıdır. Zatən Fransa ilə oyunlardan böyük gözləntilər ola bilməz. Ayxan Abbasovun maksimum edə biləcəyi Fransa ilə oyunlarda urvatlı məğlubiyyətlər, evdə İslandiyadan xal almaq cəhdidir. Davamında onun qarşısına millini Millətlər Liqasında yenidən C divizionuna qaytarmaq, artıq növbəti seçmə mərhələdə layiqli çıxış etmək tapşırığı qoyulmalıdır. 

Ayxan Abbasova müvəqqəti gözüylə baxmayın. Layiq olduğu şansı verin, vaxtı çatanda real tələblər qoyun qarşısında!

Həmid

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri