Ayxan Abbasovdan maraqlı qərar: start heyətində 5 dəyişiklik!
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir qədər əvvəl yığmamızın Fransaya qarşı start heyəti açıqlanıb. Football-plus.az xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov İslandiya ilə oyundakı start heyəti ilə müqayisədə 5 dəyişikliyə əl atıb. Aydın Bayramov, Rüfət Abbasov, Abbas Hüseynov, Toral Bayramov və Nəriman Axundzadə start heyətində yer almayıb. Toralın yoxluğu zədədən irəli gəlirsə, qalan 4 dəyişiklik taktiki mülahizələrlə bağlıdı. Belə görünür ki, Ayxan bəy Aydın, Rüfət, Abbas və Nərimanın oyunundan razı qalmayıb, bu üzdən Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev və Renat Dadaşova güvənib.
ORXAN
Baxış sayı:73
Bu xəbər 16 Noyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















