Icma.az
close
up
RU
Ayxan Abbasovdan Sabah a: Dualarımız sizinlədir

Ayxan Abbasovdan Sabah a: Dualarımız sizinlədir

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rəqib ilk oyunda daha dominant oyun üslubu sərgilədi”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Təcrübəli mütəxəssis “Sabah”ın cavab oyununda daha aqressiv və üstün futbol sərgiləməli olduğunu bildirib:

“Burada azarkeş amili böyük önəm kəsb edir. Fikrimcə, meydan amili Bakı təmsilçisinin işinə yarayacaq. Komandamız ilk dəqiqələrdən daha üstün, rəqibi öndə qarşılayan üslubda çıxış etməlidir. "Sabah” da topsuz oyunu sevən komandadır. İlk qarşılaşmada təmsilçimizin uğurlu sonluqla bitməyən bir çox epizodu oldu. Lakin Coy-Lens Mikelsin bu fürsətlərdən istifadə edə bilməməsi komandanı 1:2 hesablı məğlubiyyətə düçar etdi. İnanıram ki, bu görüşdə “Sabah” inamlı çıxış edəcək”.

Ayxan Abbasov Çempionlar Liqasında hər bir səhvin ciddi nəticə verə biləcəyini vurğulayıb:

“Çempionlar Liqasında asan rəqib yoxdur. Burada daha diqqətli çıxış etməlisən. İlk qolu buraxa da bilərsən, hesabı erkən açan tərəf sən də ola bilərsən. Lakin 90 dəqiqənin sonuna qədər qorxmamalı, fərdi səhvlərdən yayınmalısan. Çünki rəqib səhvi bağışlamır. Həmçinin, bu, “Sabah” üçün bir təcrübədir. Azarkeşlər onlar üçün Tofiq Bəhramov adına Respublika stadionunu da dolduracaqlar. Futbolçuların da buna çox ehtiyacı var. Komandanın Liqa mərhələsinə vəsiqə qazanması hər birimiz üçün önəmlidir. Bu, yalnız “Sabah” üçün yox, Azərbaycan futbolu üçün vacib məqamdır. Bilirsiniz ki, təmsilçilərimizdən birinin əsas mərhələyə vəsiqə qazanması mövsümün sonunda digər klublarımıza da böyük dəstək verir. Onların UEFA-dan qazancı daha çox olur. Ona görə də bütün Azərbaycan olaraq ürəyimiz, dualarımız “Sabah”ladır. Millimizdə çıxış edən futbolçular üçün də bu, müsbət haldır. Onlar bunun sayəsində böyük oyun təcrübəsi əldə edirlər”.

Millinin baş məşqçisi qarşılaşmanın əlavə vaxta və penaltilər seriyasına qədər uzana biləcəyini də istisna etməyib:

“Bu, Çempionlar Liqasına vəsiqə qazanmaq üçün son düzlükdür. Burada oyun əlavə vaxta da, penaltilər seriyasına da gedə bilər. Məqsəd turu keçməkdirsə, hər bir vəziyyətə hazır olmaq lazımdır. “Sabah”ın çox güclü baş məşqçisi var. İnanıram ki, bütün bu nüansları məşq vaxtlarında futbolçularına bildirib”.

Qeyd edək ki, “Sabah” – “Hapoel” matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi" "Karvan-Yevlax"dan yeni transfer Karusel dağıldı: Millidə yeni təyinatlar Nsana Simon "Koper"də - RƏSMİ AFFA aşağı yaş qrupları üzrə baş məşqçiləri açıqladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Avqust 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri