Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Ayxan Abbasovun inadkarlığı məni heyran etdi və bura gəlməyə qərar verdim”

“Ayxan Abbasovun inadkarlığı məni heyran etdi və bura gəlməyə qərar verdim”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Qış fasiləsində adı transfer xəbərlərində daha çox hallanan futbolçulardan biri də Leroy Mikelsdi.

Almaniyalı futbolçunun bir müddətdi “Sabah”, “Neftçi” və “Araz-Naxçıvan”ın diqqət mərkəzində olduğu deyilir. Hətta legionerin meneceri qəzetimizə açıqlamasında danışıqların davam etdiyini də demişdi. Lakin Mikelsin üç klubdan hansına keçəcəyinə, yaxud “Şamaxı” ilə davam edəcəyinə dair dəqiq məlumat yoxdu. Baş tutarsa, qış fasiləsinin səs-küylü transferlərində sayılacaq. Dünən Leroyla həm transferi, həm də legioner həyatı ilə bağlı söhbətləşdik. 29 yaşlı yarımmüdafiəçi “Futbol+”ə maraqlı açıqlamalar verdi.
- Azərbaycanda ilk dəfə təlim-məşq toplanışı qatılmısan. Hazırlığı necə dəyərləndirirsən, toplanış sənin üçün necə keçir?
- Düşərgədə hər şey yaxşıdı. Bizdə yaxşı komanda ruhu var və hamı yaxşı hazırlaşır. Ümumi təəssüratlarım müsbətdi.
- Qış hazırlığı çərçivəsində ilk yoxlama görüşündə “Zirə”yə 1:3 uduzduz...
- İlin ilk oyunu idi. Bu oyunlar nəticə yox, fiziki baxımdan önəmlidi. İstənilən halda rəqibimiz də avrokuboklara vəsiqəyə iddialıdı. “Zirə” yaxşı formalaşmış komandadı, güclü heyəti var. Bu oyundakı səhvlərimizin üzərində çempionat başlayana qədər işləyəcəyik.
- Qısa zamanda Azərbaycanda parladın, diqqəti cəlb edə bildin. Bura gələrkən bunu hədəfləmişdin?
- Məqsədim yaxşı oyunçu olduğumu göstərmək idi. Bunu qısa müddətdə göstərdiyimi düşünürəm. Amma bundan daha yaxşı oynaya bilərəm. Gələcəkdə də bunu göstərəcəm.
- Karyeran boyunca Almaniyanın müxtəlif liqalarında mübarizə aparmısan. Orda rəqabət aparmaq sənin üçün niyə çətin idi? Yəqin xəbərdarsan ki, millimizin üzvü Mahir Emreli Almaniya ikinci bundesliqasında forma geyir.
- Almaniya böyük futbol ölkəsidi. Mən Münhenqladbax “Borussiya”sı kimi böyük bir klubda formalaşdığıma görə xoşbəxtəm. Almaniyadakı ikinci liqa çox rəqabətlidi, taktiki və fiziki cəhətdən yüksək səviyyədədi. Lakin mənə liqaları müqayisə etmək çətindi. Onu deyə bilərəm ki, Azərbaycanda futbol Almaniya ilə müqayisədə daha hücumameyillidi.
- Adamlar səni Ayxan Abbasovun kəşf etdiyini düşünürlər. Bu şöhrətə görə kimə borclusan?
- İlk növbədə, əlbəttə, məşqçimə. Ayxan müəllim məni Azərbaycana gətirdi və ilk gündən mənə inandı. Mən, sadəcə, onun mənə olan etibarını qaytarıram. Qardaşım Coy-Lens isə bu çempionata yaxşı bələddi, bu mövzuda mənə xeyli kömək olub.
- Hazırda “Sabah”, “Neftçi” və “Araz-Naxçıvan”dan təklif aldığın deyilir. Danışıqların davam etdiyini nəzərə alıb sualı belə quracam: sənin üçün klubun statusu, ödədiyi pul, yoxsa sənə verəcəyi şans daha önəmlidi?
- Təbii ki, futbolçu kimi ən yaxşı komandada oynamaq istəyirəm. Avropada oynamaq əsas istəyimdi. Amma mən hazırda “Şamaxı”da oynayıram. Ona görə də dəyişiklik olanda bunun ətrafında geniş danışa bilərəm.
- İndi “Şamaxı”nın heyəti elə də güclü deyil. Amma “Sabah” kimi güclü kluba keçəcəyin halda ordakılarla, elə qardaşınla rəqabət aparmağa özünü hazır sayırsanmı?
- “Şamaxı” güclü komandadı, mən öz komandamla fəxr edirəm. Biz premyer-liqaya gələn komandayıq və indi cədvəldə həqiqətən yaxşı yerdəyik. Məsələn, “Neftçi”dən öndəyik. Bəli, “Sabah” böyük komandadı. Amma mən heç nədən və heç kimdən çəkinmirəm. Öz keyfiyyətlərimi yaxşı bilirəm və premyer-liqada hər kəslə rəqabət apara biləcəyimi düşünürəm.
- Mövsümün əvvəlində Ayxan Abbasov səni çətinliklə Azərbaycana gətirdiyini demişdi. Elə sən özün də müsahibələrinin birində “Şamaxı”nın məhz “Sabah”la müqayisədə çox aşağı səviyyədə olduğunu demişdin. Bura, bu kluba gəlmək fikrini qəlbinin dərinliklərində yenidən sorğuladığın olubmu? Ümumiyyətlə, nə kimi çətinliklərlə rastlaşdın?
- Mövsüm başlamamış müxtəlif ölkələrdən təkliflər aldım. Amma sonda Ayxan Abbasovun inadkarlığı məni heyran etdi və bura gəlməyə qərar verdim. Buna görə peşman deyiləm. Əsas mənə inamın olmasıydı ki, bu da başqa çətinliklərin qarşısını kəsirdi.
- İndi avrokuboklar uğrunda bir neçə komanda mübarizə aparır. Avropaya kimlərin yollanacağını düşünürsən? Futbolçu olaraq, belə hədəfin varmı?
- “Araz-Naxçıvan”la “Turan Tovuz”a çox hörmət edirəm, onlar indiyə qədər yaxşı mövsüm keçirdilər. Amma “Zirə” və “Sabah” kimi böyük klublar indi onları ovlayacaqlar. Görək sonda kim Avropada olacaq. Əlbəttə, bu mənim də məqsədimdi.
- Üçüncü qardaşın Coy-Slaydı da Azərbaycana gətirməyi düşünürsüzmü? Yəni gələcəkdəsiz üç qardaşın hamısını premyer-liqada görə bilərikmi?
- Düşünürəm ki, qardaşım Slayd da yaxşı məşqçi ilə yaxşı komandada yaxşı təsir bağışlaya bilər. Çünki oyun üslubumuz oxşardı. Bəlkə də gələcəkdə Azərbaycanda elə şey baş verə bilər. Bu futboldu, futbol ani verilən qərarlardan ibarətdi.
- Danışıqlar istənilən kimi getməsə, “Şamaxı”da qalmağa necə baxırsan? Karyeranla bağlı yayaqədərki və ümumi planların nədi?
- Hazırda “Şamaxı”da oynayıram. Amma dediyim kimi, hər bir futbolçu ən yaxşı oyunçularla yarışmaq və dolu stadionun qarşısında oynamaq istəyər. Azərbaycanı sevirəm və burda uzun müddət qalacağıma ümid edirəm. Amma futbolda, təəssüf ki, gələckdə səni nə gözlədiyini heç vaxt bilmirsən.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri