Icma.az
close
up
RU
Ayzenkot İsrail baş naziri seçilsə, Tramp onunla əməkdaşlıq edəcək

Ayzenkot İsrail baş naziri seçilsə, Tramp onunla əməkdaşlıq edəcək

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp “Yaşar” partiyasının sədri Qadi Ayzenkot İsrail baş naziri vəzifəsini tutacağı təqdirdə onunla səmərəli əməkdaşlığa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

Trampın Ayzenkotla əməkdaşlığa hazır olub-olmadığı barədə suala cavab verən Hakabi deyib: “Əlbəttə. İsrail xalqı səs verib, biz də xalqın seçdiyi hökumətlə işləyəcəyik”.

Diplomat vurğulayıb ki, Trampın İsrail parlamentinə (Knessetə) keçirilən seçkilər zamanı Baş nazir Benyamin Netanyahuya dəstək verməsi ABŞ Prezidentinin İsrailin başqa bir hökumət başçısı ilə eyni dərəcədə sıx əməkdaşlıq etməsini istisna etmir:

“Prezident Tramp dünyanın müxtəlif yerlərində siyasi spektrin bütün istiqamətlərini təmsil edən şəxslərlə işləməyə hazır olduğunu dəfələrlə sübut edib”.

Trampın və administrasiyasının yeni İsrail hökumətinin formalaşdırılmasına, məsələn, Netanyahu və ya Ayzenkotun Ağ Evə dəvət edilməsi yolu ilə təsir göstərib-göstərməyəcəyi barədə suala cavab verən Mayk Hakabi belə planlardan xəbərdar olmadığını bildirib. Bununla belə, o, bu cür addımların nəzərdən keçirilməsi ehtimalını da istisna etməyib.

Oktyabrın 27-də İsraildə parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası 27 mandat qazanaraq birinci yeri tutub. Əsas müxalifət qüvvəsi olan, Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” Partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb.

Noyabrın 8-də İsrail Prezidenti İsxaq Hersoq Knessetə daxil olmuş partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra yeni hökumətin formalaşdırılmasını Ayzenkota tapşırıb. Məsləhətləşmələrdə iştirak edən partiyaların əksəriyyəti baş nazir postuna məhz “Yaşar” partiyasının liderinin namizədliyini dəstəkləyib.

Qanunvericiliyə əsasən, Ayzenkotun Knesset deputatlarının əksəriyyətinin dəstəyini qazanaraq hakim koalisiyanı formalaşdırması üçün nəzərdə tutulan 28 günlük müddətin hesablanmasına başlanılıb. Əgər bu müddət ərzində hökuməti formalaşdırmaq mümkün olmasa, qanun həmin müddətin əlavə 14 gün uzadılmasına imkan verir. Bu müddət ərzində də koalisiya yaradılmasa, hökuməti formalaşdırmaq səlahiyyəti başqa namizədə veriləcək. Həmin namizədə isə bu məqsədi həyata keçirmək üçün uzadılma imkanı olmadan 28 gün vaxt ayrılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Noyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri