Gənc cüdoçular dopinq riskləri barədə maarifləndirilib FOTO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənc qızlardan ibarət Azərbaycan cüdo millisinin üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
İdman.Biz xəbər verir ki, tədbir Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda təmiz və ədalətli idman prinsiplərinin əhəmiyyəti, dopinqin sağlamlığa və idman karyerasına mümkün təsirləri izah olunub. İştirakçılar beynəlxalq yarışlarda tətbiq edilən antidopinq qaydaları, qadağan olunmuş maddələr və üsullar barədə məlumatlandırılıblar.
Dərman vasitələrinin tərkibində dopinq nəzarəti baxımından risk yarada biləcək komponentlərə də diqqət çəkilib. İdmançılara qəbul etdikləri dərman və preparatlarla bağlı diqqətli yanaşmanın vacibliyi izah edilib.
Bu məsələdə həkim, məşqçi və idmançı arasında düzgün və davamlı əlaqənin qurulmasının əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















