Icma.az
close
up
RU
Az bişmiş ətin təhlükələri

Az bişmiş ətin təhlükələri

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə yarıbişmiş ət məhsullarına - o cümlədən steyklərə, bifştekslərə, kotletlərə və çiy balıqdan hazırlanan yeməklərə maraq artıb. Lakin bu cür qastronomik yanaşma sağlamlıq baxımından hər zaman təhlükəsiz deyil.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov lenta.ru-ya  danışıb.

Həkimin sözlərinə görə, Medium və Medium Rare dərəcəsində bişmiş ət məhsulları insan orqanizmi üçün təhlükəli olan Kampilobakter kimi mikroorqanizmləri daşıya bilər. Bu bakteriyalar adətən iri buynuzlu heyvanların bağırsaqlarında yaşayır, lakin heyvan kəsildikdən sonra əzələ toxumalarına keçərək oradan insan bədəninə düşə bilər.

“Kampilobakterioz infeksiyası artrit, miokardit, enterokolit, meninqit və hətta hamilə qadınlarda düşüklərə səbəb ola bilər. Dərin dondurulma və tam bişirmə zamanı bu bakteriyalar, eləcə də digər patogenlər, adətən məhv olur. Amma buna baxmayaraq, müəyyən risk qalır”, - deyə Umnov xəbərdarlıq edib.

Ekspert əlavə edib ki, mal və dana ətində bəzi parazitlər - məsələn, öküz zənciri (böyük lent qurd) də ola bilər. Bu parazitlərin səbəb olduğu teniarenoz xəstəliyi orqanizmdə qida maddələrinin çatışmazlığına, ümumi halsızlığa və bir sıra narahatlıqlara yol aça bilər.

Bu zaman xəstələrdə əsəbilik, yuxusuzluq, yorğunluq, baş ağrıları, ürək döyüntüsünün artması, aşağı təzyiq, allergik reaksiyalar, qarında diskomfort, qusma, köp, ishal və aclıq ağrıları müşahidə olunur.

Umnovun sözlərinə görə, belə halların qarşısını almaq üçün ət məhsulları yaxşı bişirilməli və ya dərin dondurulmadan sonra istifadə olunmalıdır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see270

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see251

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see237

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see230

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see229

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see213

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see212

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see211

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see207

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see205

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see200

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see199

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see195

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see192

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see189

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see182

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see176

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see171

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see170

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri