Az ye, çox yaşa Uzunömürlülük yalnız genetika deyil!
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Tanınmış amerikalı təbii qidalanma mütəxəssisi Pol Breq deyib ki, “insan öz qəbrini çəngəl-bıçaqla qazıyır”.
Bu da onun sözüdür ki, “İnsanın qidası dərmanı, dərmanı da qidası olmalıdır”.
Breq bununla müasir insanın ən böyük probleminə işarə edir: artıq və nəzarətsiz qidalanma. Breqin yanaşmasına görə, insanı xəstə edən əsas səbəb aclıq deyil, əksinə həddindən artıq, nizamsız və keyfiyyətsiz qida qəbuludur. Onun “İnsanın qidası dərmanı, dərmanı da qidası olmalıdır” fikri isə Hippokrat fəlsəfəsinin davamıdır. Burada əsas məqam budur: Qida yalnız qarın doyurmaq üçün deyil, hüceyrələrin yenilənməsi üçün qəbul edilməlidir
Qida orqanizmi yükləməməli, əksinə onu təmizləməli və gücləndirməlidir
Qidalanma yaşa, həyat tərzinə və sağlamlıq durumuna uyğun tənzimlənməlidir.
Breq həmçinin vurğulayırdı ki, rasional fiziki aktivlik olmadan ən ideal qidalanma belə nəticə vermir. Çünki hərəkətsiz bədən qidanı enerji deyil, problemə çevirir.
Bu arada yazıçı Əlisa Nicat sağlam qalmasının sirrindən danışıb. O, gündəlik qida rasionunu sadə, lakin keyfiyyətli məhsullar üzərində qurduğunu bildirib. Onun sözlərinə görə, hər səhər balaca bir paxlava və bir ədəd qaynadılmış yumurta yeyir: “Çalışıram ki, az olsun, amma keyfiyyətli qida qəbul edim”.
Əlisa Nicat günorta yeməyində əsasən təzə toyuğa üstünlük verdiyini söyləyib: “Toyuğun sümüyü ağ olmalıdır. Əgər qaradırsa, onu yeməyin. Eyni zamanda, üzüm yemək də faydalıdır”.
O, axşam saatlarında isə evdə olan, asan həzm olunan qidalar qəbul etdiyini qeyd edib. Onun fikrincə, sağlam qidalanmada əsas şərtlərdən biri də yeməyi yaxşı çeynəməkdir. Əlisa Nicat vurğulayıb ki, hazırda 90 yaşı var və buna baxmayaraq yaddaşı ilə bağlı heç bir problem yaşamır.
Bəs ömrün uzunluğu nə dərəcədə düzgün qidalanma ilə bağlıdır. Yaşlandıqca qidalanmaya hansı korrektələr olmalıdır? Pol Breqin “insanın qidası dərmanı, dərmanı da qidası olmalıdır” tövsiyəsi uzunömürlülükdə nə dərəcədə rol oynaya bilər. Yoxsa söhbət daha çox genetik amildən gedir?
Əlbəttə ki, genetik faktorlar ömrün uzunluğunda rol oynayır. Amma müasir elmi araşdırmalar göstərir ki, genetika ömrün təxminən 20 - 30 faizini müəyyən edir. Qalan 70 - 80 faiz həyat tərzindən asılıdır. Yəni düzgün qidalanma, fiziki aktivlik, stressin idarə olunması və psixoloji balans genetik zəiflikləri belə kompensasiya edə bilir.
Mövzu ilə bağlı xalq təbabəti üzrə müalicə mütəxəssisi, həkim Seyfəddin Əsəd mövzu ilə bağlı Musavat.com-a danışıb.
O, qeyd edib ki, uzunömürlülük məsələsində genetika çox mühüm rol oynayır:
“Həm xəstəliklərin genetik yolla ötürülməsində, həm də insanın xarakterinin, davranışlarının və ümumilikdə insanlığının formalaşmasında genetikanın rolu danılmazdır. Məsələn, biz bir xəstədə xərçəng xəstəliyi ehtimalını araşdırarkən ilk növbədə soruşuruq ki, nəsildə, yaxın qohumlar arasında xərçəng xəstəliyi olan olubmu. Əgər deyirlərsə ki, yaxın qohumlarda bu xəstəlik müşahidə edilib, o zaman ehtimal edirik ki, həmin insanda da xərçəngə tutulma riski mövcuddur. Lakin bu, qəti və dəyişməz bir hökm deyil.
İnsanın ömrü, həyatı, varlığı və yaşam tərzi birbaşa onun həyat tərzindən asılıdır. Həyat tərzinin isə ən vacib komponenti qidalanmadır. Qidalanma son dərəcə vacib amildir. Təəssüf ki, insanların çoxu qidalanma mədəniyyəti və bu sahənin elmi əsasları barədə yetərli məlumata malik deyil. İnsanlar bilmirlər ki, gecələr niyə 3–4 dəfə təbii ehtiyaclarını ödəmək üçün yuxudan oyanırlar, niyə gecə ərzində dəfələrlə ayılırlar, niyə dərin yuxuya gedə bilmirlər, niyə səhər oyananda baş ağrısı olur, sanki ümumiyyətlə yatmayıblar. Onlar bunun səbəbini anlamırlar”.
Seyfəddin Əsəd qeyd edib ki, bu problemlərin əsas səbəblərindən biri gec saatlarda qidalanmadır:
“Xüsusilə də axşam saat 7-dən sonra yemək yemək. Gecə vaxtı karbohidrat tərkibli qidaların — çörək, kartof, makaron, vermişel və bu tip məhsulların, həmçinin meyvələrin qəbulu qanda insulin ifrazını artırır. Nəticədə kortizol hormonu yüksəlir, bu da yuxunun qaçmasına, sinir sisteminin gərginləşməsinə səbəb olur.
Axşam saat 7-yə qədər isə şəkəri və karbohidratı artırmayan qidalar qəbul etmək olar. Məsələn, toyuq əti, göyərtilər, tərəvəzlər. Bu halda yuxarıda qeyd etdiyim mənfi proseslər baş vermir, insan rahat yatır. Daha bir vacib məqam ondan ibarətdir ki, gecə saat 11-də artıq yatmaq lazımdır. Səhər oyanan kimi əlinə telefon almamalı, televizora baxmamalısan. Bu qaydalara riayət edildikdə beyin istirahət edə bilir.
Eyni zamanda, gecə yatarkən televizora və ya telefona baxmaq beynin dincəlməsinə mane olur. Yatdığın otaqda hər hansı bir işığın yanması, hər hansı bir səsin olması da beynin rahat yuxuya getməsinə ciddi şəkildə əngəl yaradır. Bütün bu şərtlər təmin olunduqdan sonra yuxu dərin və keyfiyyətli olur, səhər də insan özünü normal hiss edərək oyanır.
Xüsusilə vurğulamaq lazımdır ki, gecə alkoqol qəbulu qanda şəkərin kəskin artmasına səbəb olur. Bəzən görürük ki, insanlar səhərə yaxın yatdıqları yerdə infarkt keçirirlər. Bütün bu prosesləri ümumiləşdirərək deyə bilərəm ki, qidalanmanın düzgün olmaması insanları tədricən məhv edir”.
Seyfəddin Əsədin fikrincə, ən düzgün qidalanma gündə iki dəfə qidalanmaqdır:
“Şəxsən mən gün ərzində iki dəfə — səhər və axşam yemək yeyirəm. Günorta qətiyyən yemək yemirəm. Bol su içirəm. Günün birinci yarısında xüsusilə təxminən 2 litr su qəbul edirəm. Bununla orqanizm təmizlənir, həzm sistemi normallaşır. Eyni zamanda mütləq şəkildə gündəlik meyvə yemək lazımdır, xüsusilə də günün birinci yarısında ki, mədə-bağırsaq sistemi normal işləsin, qəbizlik yaranmasın.
Belə bir deyim var: “Qəbizliklə keçən hər gün insanı xərçəng xəstəliyinə bir addım da yaxınlaşdırır.” Bu fikrin arxasında ciddi elmi və praktik əsaslar dayanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















