Putin üçün uzunömürlülük axtarışı: 7000 dən çox meymun...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.
Axar.az xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.
“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o bildirib.
Rusiya mediasının məlumatına görə, Kurçatov İnstitutu Rusiya Elmi Cərrahiyyə Mərkəzi ilə birgə uzunömürlü meymunların qan nümunələrindən ibarət biobank yaradıb.
Mərkəzin direktoru Konstantin Kotenko bildirib ki, nümunələr yaşlanma proseslərinin öyrənilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, Rusiya hökumətinin yaşlanma ilə mübarizə məqsədilə bioprint, ksenotransplantasiya və gen terapiyasını əhatə edən 26 milyard dollarlıq proqram maliyyələşdirdiyi barədə məlumat yayılmışdı. Proqrama Putinin iki yaxın adamı - qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçukun rəhbərlik etdiyi bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Noyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















