Icma.az
close
up
RU
Azad edilmiş bütün ərazilərdə müasir standartlara uyğun infrastruktur yaradılır

Azad edilmiş bütün ərazilərdə müasir standartlara uyğun infrastruktur yaradılır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

25 oktyabr Qubadlının azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ən önəmli döyüşlərdən biri də Qubadlı uğrunda gedən döyüşlər idi. Qubadlı əməliyyatı da xüsusi peşəkarlıq, fədakarlıq tələb edirdi və ordumuzun xeyli sayda strateji yüksəkliyi nəzarətə götürməsi ilə məsələ həllini tapdı. 27 ildən sonra Azərbaycan işğala son qoydu. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Qubadlı azad olunandan sonra Azərbaycan Ordusunun Laçın istiqamətində yolu açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Laçın dəhlizinin nəzarətə götürülməsi ilə müharibənin taleyi həll edildi. Ordumuzun Zəfər yürüşü Şuşaya doğru irəliləyirdi.
Məlum olduğu kimi, Qubadlı birinci Qarabağ müharibəsi zamanı – 1993-cü il avqustun 31-də işğal olunmuşdu. İşğal dövründə Ermənistan Qubadlıda da qanunsuz məskunlaşma siyasəti aparırdı, hətta Qubadlıda erməni lobbisinin ianəsi hesabına qanunsuz məskunlaşma üçün qəsəbə də salınmışdı. 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində bu qanunsuz cinayətlərə də son qoyuldu. Eyni zamanda, 27 oktyabr 2021-ci il tarixində Qubadlı ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı ki, bu da işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir.
Son 5 ildir Qubadlının yeni inkişaf tarixi başlanıb. Burada keçmiş məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə müasir standartlara uyğun infrastruktur yaradılır. Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı yeni sosial obyektlərin, o cümlədən yeni yaşayış məntəqələrinin təməli qoyulur. Mahruzlu və Zilanlı kəndləri də yenidən qurulur. Hər iki kənddə ümumilikdə 4 minə yaxın insan məskunlaşacaq.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı–Eyvazlı avtomobil yolunun da inşası davam edir. “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamına əsasən, yol infrastrukturu müasir standartlara uyğun qurulur.
Şəhərin baş planı ən müasir normalar əsasında hazırlanıb və burada Qubadlının təbiəti, tarixi keçmişi də memarlıqda nəzərə alınıb. Ümumilikdə burada reallaşan infrastruktur layihələri Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını əhatə edir. Əsas məqsəd öz doğma yurduna qayıdacaq soydaşlarımızın rahat, təhlükəsiz yaşayışını təmin etməkdir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri