Azad edilmiş ərazilərdə 99 tarixi abidə ilə bağlı qərar verildi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
İşğaldan azad olunmuş ərazilərdə 99 abidənin pasportlaşdırılması, 70 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi işləri tamamlanıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
"Onu da qeyd edək ki, “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, arxeoloji tədqiqatların daha geniş şəkildə aparılması nəzərdə tutulur", - rəsmi məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















