Icma.az
close
up
RU
Azad edilmiş ərazilərin bərpası üçün vəsaitin necə proqnozlaşdırıldığı açıqlanıb

Azad edilmiş ərazilərin bərpası üçün vəsaitin necə proqnozlaşdırıldığı açıqlanıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Növbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün vəsaitin azalma ilə proqnozlaşdırılmasının səbəbi açıqlanıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, əvvəlki illə müqayisədə növbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün vəsaitin azalma ilə proqnozlaşdırılması, eləcə də layihələr üzrə təhlillər bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində dövlət büdcəsinin digər xərc istiqamətlərindən qənaətin və digər mənbələrdən vəsaitlərin yönəldilməsi ehtimalının yüksək olduğu qənaətinə gəlməyə imkan verir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2026-cı ildə 3500,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 500,0 mln. manat və ya 12,5% azdır. 2026-cı ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına digər mənbələrdən də vəsaitlərin cəlb edilməsini şərtləndirir.

2025-ci ilin ilk 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2746,9 mln. manat icra edilib ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 68,7%-nə bərabərdir. Həmin göstərici əvvəlki illərdə 71,5% (2023) və 60,4% (2024) olub və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin yüksək faizlə icra edilməsi davam edib. Bu da dövlət büdcəsi xərclərinin 2025-ci ilin rüblük və aylar üzrə bölgüsünə əsasən 2025-ci ilin ilk 8 ayı ərzində icra edilmiş vəsaitə nisbətən 11,4 faiz bəndi çoxdur.

Qeyd edilib ki, Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, eyni məzmunlu və tipli layihələrdə ehtimal qiymətlərinin uyğunlaşdırılması, layihələrin maliyyələşdirilməsinə qeyri-büdcə təşkilatlarının vəsaitlərinin də cəlb edilməsi, büdcə yükünün azaldılması və vəsaitin istifadəsində qənaətlilik prinsipinin gözlənilməsi məsələsində optimallaşdırmanın zəruri olduğu qənaətinə gəlinib. Eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktuallığını göstərir.

Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 mln. manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının uzadılmasını şərtləndirir.

Hesablama Palatasının apardığı auditlərin töhfələri də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə dövlət vəsaitində qənaətlilik baxımından tikinti layihələrinin əksəriyyətinin dəqiqləşdirilməsi, layihələrin vaxtında icrasına istiqamətlənmiş hədəf ümumilikdə bu sahədə müvafiq irəliləyişlərin olduğunu deməyə imkan verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri