Icma.az
close
up
RU
Azad Füzuli qürurumuz və gələcəyə inamımızdır

Azad Füzuli qürurumuz və gələcəyə inamımızdır

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Füzulinin azadlığı ilə başlayan ən mühüm proseslərdən biri də Böyük Qayıdış proqramının həyata keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəbər verirdi . Uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz doğma torpaqlarına qayıtması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Çünki qələbənin tam mənası yalnız torpaqların azad edilməsi ilə deyil, həmin ərazilərdə həyatın bərpası, insanların doğma yurdlarında məskunlaşması və gələcək nəsillərin burada böyüməsi ilə tamamlanır. Füzuli şəhərində müasir yaşayış məhəllələrinin salınması, mənzillərin tikilməsi, sosial infrastrukturun qurulması və məşğulluq imkanlarının yaradılması doğma yurda qayıdan sakinlərin rahat yaşayışı üçün mühüm şərait formalaşdırır. Şəhərin yenidən qurulması ilə yanaşı, rayonun digər yaşayış məntəqələrində də bərpa və inkişaf istiqamətində işlər aparılır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. Əhalinin işlə təmin olunması, sahibkarlığın inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, təhsil və səhiyyə xidmətlərinin təşkili də xüsusi əhəmiyyət daşıyır. Məqsəd azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafı təmin etmək və insanların doğma torpaqlarında uzunmüddətli məskunlaşması üçün zəruri şərait yaratmaqdır. Füzulinin dirçəldilməsi Azərbaycanın gələcəyə inamının və quruculuq əzminin təcəssümüdür. Füzulinin coğrafi mövqeyi, nəqliyyat imkanları və Qarabağ iqtisadi rayonunun inkişafı baxımından əhəmiyyəti şəhərin gələcək perspektivlərini daha da artırır. Füzuli Beynəlxalq Hava Limanı, yeni avtomobil yolları və digər infrastruktur layihələri bölgənin iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Bu imkanlar gələcəkdə turizmin, xidmət sektorunun, ticarətin və sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaradır.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması, yerli resurslardan səmərəli istifadə edilməsi və yeni iş yerlərinin açılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Füzuli şəhərinin yenidən qurulması Azərbaycan xalqının tarixə, milli-mədəni irsə və gələcək nəsillərə münasibətini də əks etdirir. Burada yaradılan hər bir yeni obyekt, salınan hər bir yol və tikilən hər bir yaşayış binası azadlığın qorunmasına, həyatın bərpasına və gələcəyə inamın möhkəmlənməsinə xidmət edir.
Füzulinin azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın birliyinin tarixi nəticəsidir. Bu Zəfər göstərdi ki, milli maraqlarına sadiq olan, məqsədləri naminə birləşən və öz ordusuna güvənən xalq qarşısına qoyduğu ən mühüm vəzifələri həyata keçirə bilər.
17 oktyabr tarixinin qeyd olunması hər bir azərbaycanlı üçün Vətənə sədaqətin, milli birliyin və dövlət müstəqilliyinin əhəmiyyətini bir daha xatırladır. Bu əlamətdar gün bizə öyrədir ki, torpağa bağlılıq yalnız sözlə deyil, onun qorunması, inkişafı və gələcək nəsillərə əmanət edilməsi ilə sübut olunur. Bu gün biz Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla anır, Azərbaycan Ordusunun şücaəti ilə fəxr edirik. Onların fədakarlığı sayəsində bu gün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, şəhərlərimiz yenidən qurulur, insanlarımız öz yurdlarına qayıdırlar.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri