Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Azad olunan ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdiriləcək

Azad olunan ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdiriləcək

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun inkişafının təmin edilməsi və bu fəaliyyətin işğaldan azad olunmuş ərazilərdə sistemli həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçirilir:

1.1.1. Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;

1.1.2. Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.3. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.4. Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.5. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.6. Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

1.2. “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq bu Fərmanın 1.1.1 – 1.1.6-cı yarımbəndlərində qeyd olunan publik hüquqi şəxslərin balansına verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1.1-ci bəndində göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün növbəti illərin dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 3, maddə 228) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nin 3.1.1-7 – 3.1.1-15-ci yarımbəndləri müvafiq olaraq 3.1.1-8 – 3.1.1-16-cı yarımbəndlər hesab olunsun və aşağıdakı məzmunda 3.1.1-7-ci yarımbənd əlavə edilsin:

“3.1.1-7. rayon ərazisində və müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;”.

4. “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 724 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə “Bakı şəhərinin Qala qəsəbəsinin” sözləri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun” sözləri ilə əvəz edilsin;

4.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi.”;

4.3. 1.3-cü bənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

“3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

“3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;”.

7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 373, № 7, maddə 794; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

“3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;”.

8. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 31 iyul tarixli 458 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

“3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;”.

9. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 793; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

“3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;”.

10. “Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2-ci hissə üzrə:

10.1.1. 2.1-ci bənddə “Bakı şəhərinin Qala qəsəbəsinin” sözləri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun” sözləri ilə əvəz edilsin;

10.1.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi.”;

10.1.3. 2.3-cü bənd ləğv edilsin.

10.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Bakı şəhərinin ərazisində (“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi istisna olmaqla) əmələgəlmə mənbəyindən asılı olmayaraq bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilsin.”.

11. “Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 2701 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 631 (Cild I) 1-ci hissəsinə “şəhərinin” sözündən sonra “və Şuşa rayonunun” sözləri əlavə olunsun və həmin hissədən “bütün”, “yığılmasını, daşınmasını,” sözləri çıxarılsın.

12. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri