Xərçəngin gizli əlamətləri AÇIQLANDI
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xərçəng xəstəliyi ilkin mərhələlərdə heç bir aşkar simptomla özünü göstərməyə bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu səbəbdən xəstəlik bəzən yalnız III və ya IV mərhələdə müəyyən edilir.
Onkoloq-kimyaterapevt Liana Sadıqova xərçəngin diqqətdən kənarda qala bilən əlamətləri barədə danışıb. Onun sözlərinə görə, belə simptomlardan biri şiddətli gecə tərləməsidir. Söhbət adi tərləmədən deyil, gecə ərzində intensiv tərləmə nəticəsində gecə paltarının və yataq dəstlərinin islanmasından, hətta onların dəyişdirilməsinə ehtiyac yaranmasından gedir.
Bu əlamət daha çox leykoz və limfoma kimi hematoloji bədxassəli xəstəliklərlə əlaqələndirilir. Bununla belə, bəzi digər xərçəng növlərində də müşahidə oluna bilər. Mütəxəssis digər xəbərdaredici əlamət kimi davamlı yorğunluq və halsızlığı qeyd edib:
“Xəstəliyin müəyyən mərhələsində şişin ifraz etdiyi maddələr orqanizmin fəaliyyətinə təsir göstərərək insanda uzunmüddətli zəiflik, tükənmə və enerji çatışmazlığı yarada bilər”.
O bildirib ki, bu simptomlar çox vaxt adi virus infeksiyası, xroniki yorğunluq və ya yaxın zamanda keçirilmiş xəstəliklə əlaqələndirilir.
Nəticədə insanlar onların mümkün səbəblərini vaxtında araşdırmağa əhəmiyyət vermirlər.Onkoloq vurğulayıb ki, orqanizmdə səbəbi bilinməyən dəyişikliklərə, eləcə də bir neçə həftə davam edən qeyri-adi simptomlara laqeyd yanaşmaq olmaz.
Belə hallarda vaxtında həkimə müraciət etmək və müayinədən keçmək vacibdir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Noyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















