Icma.az
close
up
RU
Azad olunan torpaqlarda açıq dərs: Hüşün məktəbliləri Şuşada Zəfər ruhunu yaşadılar FOTO

Azad olunan torpaqlarda açıq dərs: Hüşün məktəbliləri Şuşada Zəfər ruhunu yaşadılar FOTO

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ağdaş, 5 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Ağdaş rayonunun şəhid Cavanşir Şirinov adına Hüşün kənd tam orta məktəbinin şagirdləri Zəfər günü ərəfəsində işğaldan azad edilən ərazilərdə, o cümlədən Şuşa şəhərində səfərdə olublar. Qələbə əzmi və qürur hissi ilə yola çıxan məktəblilər qədim mədəniyyət paytaxtımızda, tariximizin şahidi olan Cıdır düzündə açıq dərsdə iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri Hüşün kənd tam orta məktəbində olub, şagirdlərin səfər təəssüratlarını öyrənib.

Məktəbin həyətində bizi mənalı və duyğulu bir mənzərə qarşıladı: birinci sinif şagirdləri Zəfər bayramına hazırlaşır, hərbi geyimdə sıraya düzülmüşdülər. Hər baxışda qürur, hər addımda sevinc, həyəcan hiss olunurdu.

Şagirdlərlə həmsöhbət olmaq üçün siniflərə doğru irəliləyirik. Bu, elə dərs vaxtının başlanmasına təsadüf edir. Məktəbin direktoru Rüfət müəllim dərs jurnalını götürərək sinif otağına gedir. O, həm də tarix müəllimidir. Onun hər cümləsində Vətən sevgisi, tarixə sədaqət duyulurdu. Dərs bitdikdən sonra şagirdlərlə söhbət edirik - hamısının gözündə bir parıltı var. Qürurludurlar, eyni zamanda, Azərbaycan əsgərinə minnətdardırlar…

Məktəbli Billur Nəsrullayeva səfər təəssüratlarını bölüşərək deyir: “Şuşa səfəri hər bir dəqiqəsi, hər bir anı ilə çox möhtəşəm və yadda qalan idi. Xüsusilə Cıdır düzündə keçirdiyimiz açıq dərs çox maraqlı oldu. Biz uzun illərdir Şuşa haqqında ancaq dərsliklərdə oxuyurduq, amma onu canlı görmək, o dağların havasını udmaq, qayaların səssizliyini dinləmək tamam başqa hisslər yaşatdı. Sanki tarix kitabının səhifələri bizim qarşımızda açıldı. Bu dərs həyatımız boyu unudulmayacaq”.

Onun sinif yoldaşı Reyhan Paşayeva da eyni həyəcanla danışır. “Səfər zamanı bir çox kəndləri, şəhərləri, dağıdılmış, lakin yenidən dirçələn əraziləri gördük. Hər anımız dəyərlidir, amma ən çox Cıdır düzündəki açıq dərsimiz yaddaqalan oldu. Burada öyrəndiklərimizi praktik şəkildə möhkəmləndirdik. Şuşaya səfər bizim biliklərimizi dərinləşdirdi, Vətən sevgimizi isə daha da böyütdü”, - deyə o əlavə edir.

Səfərdə məktəbin dil-ədəbiyyat müəllimi Əsmər Bayramova da iştirak edib. Onun üçün bu yol həm müəllim, həm də vətəndaş kimi ən dərin duyğuları yaşadan səfər olub: “Özümə söz vermişdim ki, Qarabağa ilk səfərimi ailəmlə yox, məhz şagirdlərimlə edəcəyəm. Bir gün sinifdə söhbət zamanı dedim: “Zəfər Günümüzü niyə məhz Zəfərin yazıldığı torpaqda - Şuşada qeyd etməyək?”. Bu fikir uşaqlarda böyük sevinc yaratdı. Direktorumuz da təşəbbüsü dəstəklədi və səfər reallaşdı. Biz Şuşanı sadəcə gəzintiyə çıxmaq üçün deyil, onun tarixini, ədəbiyyatını, coğrafiyasını və mədəniyyətini canlı öyrənmək üçün ziyarət etdik. Məqsəd uşaqlarda milli kimliyi, qəhrəmanlıq və Vətənə məhəbbət hissini daha da gücləndirmək idi. Düşünürəm ki, bu məqsədə çatdıq”.

Əsmər müəllim əlavə edir ki, səfərdən sonra şagirdlərin baxışları dəyişib: “Bu səfər sadəcə bir dərs deyildi, o, şagirdlərə Vətən sevgisi də aşıladı. Bu duyğu torpaq sevgisindən, Qələbənin yaratdığı fəxarət hissindən, azadlıq sevinci ilə yoğrulmuş ruhdan doğmuşdu. İndi onlar Qarabağ haqqında danışanda sanki doğma kəndlərindən söz açırlar. Şeirləri daha duyğulu, çıxışları daha təsirli olur. Çünki Qarabağın tarixini artıq xəritədə, kitablarda deyil, elə o torpaqlarda öyrənə bilirlər”.

Məktəbin direktoru Rüfət Məmmədov isə vurğulayır ki, təhsilin əsas məqsədi yalnız bilik vermək deyil, eyni zamanda, Vətəninə, dövlətinə, xalqına bağlı, məsuliyyətli gənclər yetişdirməkdir: “Biz elə bir mühit formalaşdırmalıyıq ki, şagird həm biliyə yiyələnsin, həm də milli kimliyini dərindən dərk etsin. Bu istiqamətdə apardığımız sistemli işin nəticəsidir ki, məktəbimizdə vətənpərvər, öz xalqına və dövlətinə bağlı gənclik formalaşır”.

Öyrənirik ki, bu cür təşəbbüslər gələcəkdə də davam etdiriləcək. Rüfət müəllim bildirir ki, məktəbin planına əsasən, növbəti illərdə digər siniflər üçün də azad edilmiş torpaqlara maarifləndirici səfərlər təşkil olunacaq. Məqsəd gəncləri tariximiz, mədəni irsimiz və azad yurdlarımızla daha yaxından tanış etmək, onlarda Vətən sevgisini daha da dərinləşdirməkdir. Şuşada keçirilən bu açıq dərs şagirdlərin yaddaşında həm də Zəfərin nəfəsini hiss etdikləri unudulmaz bir təcrübə kimi yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri