Icma.az
close
up
RU
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar VAHİD TAĞIYEV YAZIR

Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar VAHİD TAĞIYEV YAZIR

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi

***

Məlum olduğu kimi, məktəbin idarə edilməsində süni intellekt (Sİ) artıq nəzəri müzakirə predmetindən çıxaraq real idarəetmə alətinə çevrilməkdədir. Dünyanın bir çox ölkəsində təhsil müəssisələrində mərhələli tətbiq olunur, rəhbərlərin qərarvermə imkanlarını genişləndirir və məktəblərin səmərəliliyini artırır.

Azərbaycanda da bu mövzu ictimaiyyət və təhsil sferasında geniş müzakirə olunur. Bəzi təhsil müəssisə rəhbərlərinin məlumatından görünür ki, artıq Sİ-dən istifadə edənlər var.

Düşünürəm ki, Elm və Təhsil Nazirliyi pilot layihə formasında bir neçə məktəbdə süni intellektin idarəetmədə tətbiqini sınaqdan keçirə bilər. Qazanılan praktik nəticələr isə sonrakı mərhələ üçün istnad olar.

Həm də nəzərə alaq ki, indi məktəblərdə artıq süni intellektin tətbiqinə imkan yarada bilən elektron məlumat bazası faktiki olaraq hazırdır. Habelə davamiyyət, elektron jurnallar, qiymətləndirmə sistemləri və s mövcuddur. 

Bu gün əsas məsələ süni intellektin idarəetmədə necə effektli tətbiq oluna bilməsidir. Bu baxımından aşağıdakı məsələlərə diqqət yetirək:

1. Qərarların daha əsaslı verilməsi (analitik idarəetmə)

Məlum olduğu kimi məktəbdə hər gün böyük həcmdə məlumat yaranır:

- şagird nailiyyətləri,

- davamiyyət,

- müəllim yüklənməsi,

- qiymətləndirmə nəticələri,

- valideyn müraciətləri,

- cari yaranan məsələlər və s.

 Süni intellekt bu məlumatları:

təhlil edir, tendensiyaları göstərir, riskləri öncədən xəbər verir.

Məsələn:

Hansı siniflərdə geriləmə var?

Hansı müəllimin yükü həddindən artıqdır? Hansı şagirdlər risk qrupundadır?

Beləliklə, direktor ehtimal, intuisiya ilə yox, dəqiq faktlara əsaslanaraq qərar verir.

2. Direktor məmur yox, lider olur

Bu gün məktəb direktorlarının böyük hissəsi, əsasən:

hesabat, cədvəl, yazışma, statistik məlumat toplamaqla məşğuldur.

Süni intellekt:

- avtomatik hesabatlar hazırlayır,

- cədvəlləri optimallaşdırır,

- sənədləşməni sürətləndirir;

Nəticədə:  Bu isə liderlik fəaliyhətinin səmərəli istifadə edilməsi üçün real imkandır. Pedaqoji mühitlə ünsiyyət, strateji, yaradıcı düşüncə və kollektivlə iş üçün daha çox vaxt qazanılır. Direktor kağız üzərində idarə edən məmurdan, canlı prosesləri yönəldən liderə çevrilir. 

3. Risklərin erkən aşkarlanması (profilaktik idarəetmə)

 Ənənəvi idarəetmədə problemlər baş verdikdən sonra ona reaksiya verilir.

Süni intellekt isə:

- davamiyyətin azalmasını,

- davranış dəyişikliklərini,

- akademik geriləməni öncədən aşkarlaya bilir;

Bu, məktəbdəcəza yox, profilaktika, vaxtında dəstək göstərməyi artırır. Yəni idarəetmə qorxu üzərində yox, qabaqlayıcı yanaşma və düşüncə üzərində qurulur.

 4. Şəffaflıq və ədalət mühitinin güclənməsi

Süni intellekt:

- eyni meyarla qiymətləndirir,

- subyektiv yanaşmanı azaldır,

- qərarların əsaslandırılmasını asanlaşdırır.

Bu isə müəllimlərdə inam yaradır, “kimə görə, nəyə görə” suallarını azaldır, idarəetməyə etimadı artırır.

Təcrübə daim təsdiq edir ki,  liderliyin formalaşması üçün etimad, inam əsas şərtdir.

Sİ bu etimadın texnoloji dayağına çevrilə bilər.

5. Süni intellektdə əsas risk tərəfi. Yaxud rəhbərin arzu edilməyən tərəfə yönəlməsi.

Burada çox vacib bir məqamı qeyd etmək lazımdır. 

Əgər idarəedənlər yaradıcı təşəbbüsdən qorxursa, onların düşüncəsində liderlik yox, itaət etmək yanaşması, düşüncəsi hökm sürürsə, şəffaflıq istənilmirsə, o zaman süni intellekti də öz  məramına yönəldir. Sİ nəzarət alətinə, cəza mexanizminə, “səhv axtaran sistemə” çevrilə bilər.

Yəni, Süni intellektin faydalılığı onu tətbiq edənin idarəetmə məqsədi, yanaşmasından asılıdır.

6. Nəticə olaraq ümumiləşdirsək məktəbin idarə edilməsində süni intellekt:

-  mövcud məlumatları oxuyur, müqayisə edir və nəticə çıxarır.

- İdarə edənə alternativ deyil, onu əvəz etmir. İdarəedəni gücləndirən, liderlik üçün əlavə imkanlar yaradan alətdir, 

- insanı sıxışdırmır, amma insanı mərkəzə qaytarır;

- qorxu mühiti yaratmır, amma ədaləti və əsaslandırmanı gücləndirir.

Məktəb idarəçiliyində süni intellekt liderlik üçün yeni imkanlar yarada bilər. Əgər məktəbdə sağlam idarəetmə mühiti varsa, süni intellekt təhsildə keyfiyyət və liderliyin katalizatoruna çevrilə bilir. Deməli, burada həlledici olan texnologiya deyil, onu idarəetmədə necə oxumağı bacaran rəhbər düşüncəsindədir. 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see227

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see214

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri