Icma.az
close
up
RU
Azad olunmuş ərazilərdə maliyyə savadlılığının artırılması layihəsi yekunlaşıb FOTOLAR

Azad olunmuş ərazilərdə maliyyə savadlılığının artırılması layihəsi yekunlaşıb FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azerbaijan) təşkilatçılığı ilə keçirilən "Azad olunmuş ərazilərdə maliyyə savadlılığının artırılması" layihəsi yekunlaşıb.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilən rayonların orta məktəblərində maliyyə savadlılığı və sahibkarlıq bacarıqları mövzuları üzrə təlim-tədrisin həyata keçirilməsi vasitəsilə şagirdlərin maliyyə savadlılığını və sahibkarlıq bacarıqlarını artırıb həmin regionlara gələcəkdə yerli əhali tərəfindən iqtisadi töhfə verməyə təşviq etməkdir. Layihə çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbin və Laçın rayonu Zabux kənd tam orta məktəbin ümumilikdə 25 müəllimi və 100 şagirdi maliyyə savadlılığı və sahibkarlıq mövzuları üzrə təlim almışdırlar. Layihənin dayanıqlılığının təmin edilməsi məqsədilə müəllimlər “TOT – təlimçilərin təlimi”-ndə müəllimlər iştirak etmişdirlər. Sonda bütün şagird və müəllimlərə sertifikat verilmişdir.

Layihə çərçivəsində şagirdlər büdcənin düzgün idarə edilməsi, xərclərin planlaşdırılması, düzgün maliyyə qərarlarının qəbul edilməsi, yığım, büdcə, qənaət, kreditin düzgün istifadə edilməsi, sahibkarlığın əsasları və biznes ideyaların yaradılması kimi nəzəri məlumatları əldə edərək, həmin bilik və bacarıqları praktiki hissədə tətbiq etmişdirlər. Nəticədə məktəblilər şəxsi maliyyə resurslarını idarə etmək, eyni zamanda, bir sahibkar kimi düşünə bilmək bacarıqlarını əldə etmişdirlər. Hər bir məktəbə maliyyə savadlılığı və sahibkarlıq üzrə Ümumdünya Junior Achievement təşkilatının təlim vəsaitləri hədiyyə edilmişdir. Şagirdlərimiz həm əyləndilər, həm yeni əlaqələr qurdular eyni zamanda olduqca zəngin biliklərdən ibarət təlim modullarını uğurla tamamladılar.

Qeyd edək ki, maliyyə savadlılığı və sahibkarlıq bacarıqları üzrə təlimlər Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının peşəkar təlimçiləri tərəfindən Laçın şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri üçün “TOT – təlimçilərin təlimi” formatında təlimi 6 noyabr, Laçın rayonu Zabux kənd tam orta məktəbin müəllimləri üçün isə 7 noyabr tarixlərində keçirilmişdir. Şagirdlər üçün isə təlimlər 25-26 noyabr tarixlərində Laçın rayonu Zabux kənd tam orta məktəbində, 27-28 noyabr tarixlərində Laçın şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri