YAP Qaradağ rayon təşkilatının fəalları azad olunmuş ərazilərdə FOTOLAR
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Laçın, Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.
"Unikal" xəbər verir ki, səfər zamanı iştirakçılar ilk olaraq Laçın şəhərinə yola düşüblər. Burada onlar şəhərin füsunkar təbiəti, aparılan bərpa və quruculuq işləri ilə tanış olub, Dövlət Bayrağı Meydanı və Həkəri çayı sahilində inşa olunan kanat yolu layihəsi barədə məlumat alıblar.
Səfərin ikinci günü Şuşa şəhərinə gedən iştirakçılar İsa bulağı, Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, İkinci Gövhər Ağa məscidi və digər tarixi-mədəni abidələri ziyarət ediblər.
Daha sonra iştirakçılar Xankəndi şəhərinə səfər edərək şəhərin tarixi, milli-mədəni görkəmi, aparılan yenidənqurma işləri və erməni işğalından azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa tədbirləri ilə tanış olublar.
Səfər çərçivəsində Xankəndi şəhərində “Dövlət Suverenliyi Günü və Antiterror Əməliyyatının Əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələrinin üzvləri Fəridə İsmayılova, Leyla Musayeva, Novruz Əliyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, Qarabağ müharibəsi qaziləri Ələmdar Abdullayev və Bəhrəm Rəcəbli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin əhəmiyyətindən, ölkəmizin regionda və dünyada qazandığı nüfuzdan, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs ediblər.
Çıxış edənlər həmçinin “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsini, ərazilərin minalardan təmizlənməsini, yeni infrastruktur layihələrinin reallaşdırılmasını yüksək qiymətləndirib və səfər zamanı keçirdikləri qürur hisslərini ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 24 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















