Icma.az
close
up
RU
Azad olunmuş ərazilərə giriş prosedurlarının sadələşdirilməsi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir ŞƏRH

Azad olunmuş ərazilərə giriş prosedurlarının sadələşdirilməsi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 iyul, AZƏRTAC

Mina təhlükəsini nəzərə alaraq deyə bilərəm ki, vətəndaşların işğaldan azad edilmiş ərazilərə səfərlərinin təhlükəsiz və planlı şəkildə təşkili Azərbaycan dövlətinin bu istiqamətdə atdığı önəmli addımlardan biridir. Son zamanlar icazə mexanizmlərinin mərhələli şəkildə sadələşdirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi və texnoloji platformaların tətbiqi həm təhlükəsizlik, həm də iqtisadi fəallıq baxımından ciddi irəliləyişlərə yol açıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.

Onun sözlərinə görə, “yolumuzqarabaga.az” portalı vasitəsilə fərdi minik avtomobilləri ilə səfərlər üçün icazə müddətinin 2 gündən 5 günədək artırılması, həmçinin otel qeydiyyatı əsasında avtomatik icazə verilməsi bu yanaşmanın praktiki ifadəsidir. Bu dəyişikliklər ziyarətçilər üçün əlçatanlığı artırmaqla yanaşı, regionda uzunmüddətli qalma imkanları və xidmət sektorunun inkişafı üçün də əlverişli şərait yaradır. Artıq icazə müddətinin 5 günədək artırılması və avtomatik mexanizmin tətbiqi bölgədə daha uzunmüddətli qalmağı mümkün edir ki, bu da yerli turizm sektorunun və sahibkarlığın inkişafına əlavə stimul verir. Eyni zamanda, bu dəyişikliklər bölgədə yerləşmə və turizm infrastrukturu layihələrinin planlaşdırılmasına dəstək olmaqla, regionun iqtisadi potensialını genişləndirir.

“Təəssüf ki, bu ərazilər uzun illər işğalda olub və ərazilər minalarla çirkəndirilib. Birdən-birə böyük insan axını təhlükəli zonalara nəzarəti çətinləşdirə bilərdi. Mərhələli sadələşmə isə zəruri təhlükəsizlik nəzarətinin qorunmasına imkan verir. Statistik məlumatlara əsasən, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 400-ə yaxın vətəndaş xəsarət alıb və ya həlak olub ki, bu fakt da özlüyündə təhlükəsizlik nəzarətinin və marşrut planlamasının əhəmiyyətini bir daha təsdiqləyir. Mərhələli şəkildə tətbiq olunan icazə mexanizmi səyahət edən şəxslərin təhlükəsiz və monitorinqə açıq marşrutlardan istifadə etməsinə şərait yaradır, eyni zamanda, ərazilərə giriş-çıxışın dövlət strukturları tərəfindən effektiv idarə olunmasına imkan verir. Bu baxımdan, əraziyə giriş prosedurlarının mərhələli şəkildə sadələşdirilməsi sadəcə təhlükəsizlik baxımından deyil, həm də mövcud infrastrukturun real imkanlarına uyğun planlama baxımından səmərəli yanaşmadır”, - deyə Ş.Səfərova əlavə edib.

QHT rəhbəri bildirib ki, beynəlxalq təcrübə də Azərbaycanın bu yanaşmasının nə qədər məntiqli və optimal olduğunu təsdiqləyir: “Dünyanın digər post-münaqişə bölgələrinin təcrübəsi ilə müqayisədə Azərbaycanın tətbiq etdiyi model təhlükəsizlik və idarəetmə baxımından müasir rəqəmsal texnologiyaların istifadəsi ilə fərqlənir. Məsələn, Balkan ölkələrində, xüsusilə Bosniya və Herseqovinada, Xorvatiyada mina təhlükəsi hələ də tam aradan qalxmadığından ziyarətçilər üçün açıq sahələr xüsusi nişanlanır, məhdud marşrutlar təklif olunur, mobil xəbərdarlıq sistemləri tətbiq edilir. Kolumbiyada uzunmüddətli daxili münaqişədən sonra təhlükəsiz turizm marşrutlarının dövlət nəzarətində mərhələli açılması təcrübəsindən istifadə olunur. Bu nümunələr göstərir ki, mərhələli icazə, təhlükəsizlik marşrutları və məhdudlaşdırılmış giriş post-münaqişə dövrü idarəetməsinin əsas elementləridir”.

Onun fikrincə, Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, icazə prosesi tam rəqəmsallaşdırılıb və real vaxt rejimində mərkəzləşdirilmiş şəkildə idarə olunur. “Yolumuzqarabaga.az” portalı səfər planlamasını, təhlükəsizlik marşrutlarının monitorinqini və giriş icazələrinin rəsmiləşdirilməsini vahid platformada birləşdirir. Otellərdə qeydiyyat əsasında icazənin avtomatik verilməsi prosesi sadələşdirir, sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırır və ziyarətçilər üçün çevik model yaradır.

“Nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzura giriş prosedurlarının mərhələli şəkildə asanlaşdırılması regionun turizm potensialının səmərəli reallaşdırılmasına, təhlükəsizlik tələblərinə riayət edilməklə iqtisadi fəallığın və məşğulluğun artmasına, yeni xidmət sahələrinin formalaşmasına və yerli sahibkarlığın inkişafına dəstək verir. Eyni zamanda, bu mexanizm əhaliyə mina təhlükəsi ilə bağlı davamlı maarifləndirmə və səfərlərin monitorinqini daha effektiv şəkildə təşkil etməyə imkan yaradır. Bu model mövcud praktikaya əsaslanaraq, gələcəkdə dünyanın digər post-münaqişə ərazilərində də tətbiq oluna biləcək ən optimal və dayanıqlı idarəetmə yanaşmalarından biridir”, - deyə Şəbnəm Səfərova vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri