Icma.az
close
up
RU
Yanğın anında yol verilən ölümcül səhvlər Fotolar

Yanğın anında yol verilən ölümcül səhvlər Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Son günlər yaşayış binalarında baş verən güclü yanğınlar hadisə anında riayət edilməli olan təhlükəsizlik tədbirlərini yenidən gündəmə gətirir.

“Qafqazinfo” xəbər verir ki, yanğın zamanı sakinlərin liftdən istifadə etməsi ən yüksək risk yaratdığı üçün bütün təlimatlarda bu, qadağan olunur.

Belə ki, lift şaxtalarının tüstünü daha sürətli ötürdüyü, elektrik kəsiləndə isə insanların içəridə qalıb boğulmasına gətirib çıxara bilər.

Yataqxana və çoxmərtəbəli binalarda tüstünün əsas zərərverici faktor olduğunu bildirilir.

Dünya miqyasında aparılan tədqiqatlar da oxşar nəticələr göstərir.

Beynəlxalq Yanğın Təhlükəsizliyi Assosiasiyasının (IFSA) 2024-cü il hesabatına əsasən, qapı altının isladılmaması, otağın ventilyasiyasına nəzarət edilməməsi və əşyaların toplanmasına vaxt sərf edilməsi yanğın zamanı ölüm riskini 35-40 faiz artırır.

Hesabatda insanların əksəriyyətinin təhlükə anında instinktiv qərarlar verdiyi, lakin bu qərarların çox vaxt qaydalara zidd olduğu vurğulanır.

O da bildirilib ki, bina sakinləri arasında aparılan tədqiqatlara əsasən 10 nəfərdən yalnız 2-si balonu düzgün işə sala bilir. Bu isə yanğının ilkin mərhələdə nəzarət altına alınmasına mane olur.

Yanğın anında balkonda kömək gözləmək də təhlükəli davranışlardan biridir.

Tüstü yuxarıya doğru hərəkət etdiyi üçün yüksək mərtəbələrdə balkona çıxmaq da, həmçinin boğulma riskini artırır.

Yanğın zamanı tüstü və alov ən kiçik boşluqlardan belə içəri sızaraq insanın nəfəs almasını çətinləşdirə bilər. Bu səbəbdən mümkün olduqca qapının altındakı boşluq nəm dəsmallar və ya su tökülərək isladılmış parçalarla bağlanmalıdır.

Rütubət tüstünün keçməsini əhəmiyyətli dərəcədə azaldır və otaqda havanı daha uzun müddət təmiz saxlayır.

Bu üsul beynəlxalq fövqəladə hallar təlimatlarında da yer alır və xüsusilə çoxmərtəbəli binalarda evakuasiya imkanı olmadığı hallarda tətbiq olunur.

Qapı altını islatma texnikası ABŞ Yanğın Akademiyası (U.S. Fire Administration), Britaniya Yanğın Xidməti (UK Fire & Rescue), Avstraliya Yanğın Taktikası Qaydaları kimi rəsmi təhlükəsizlik təlimatlarında açıq şəkildə qeyd olunur.

Bu təlimat çölə çıxmaq mümkün olmadığı halda xilasedicilər gələnə kimi otaqda qalmaq məcburiyyəti yarananda tətbiq edilir.

Otaqda uşaqlar, yaşlılar olan zaman bu, daha da vacibdir.

Həmçinin, qapının kənarlarını da nəm parça ilə bağlamaq, otağın içində pəncərə varsa tüstünü bayıra yönləndirmək, döşəməyə yaxın oturmaq məsləhətdir (çünki tüstü yuxarı qalxır).




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri