Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Azad Şuşa abadlıq və dirçəliş ünvanına çevrilib Bədəl Bədəlov

Azad Şuşa abadlıq və dirçəliş ünvanına çevrilib Bədəl Bədəlov

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri Şuşa şəhərinin azad edilməsi ilə bağlıdır. Həmin gün milli iradənin, azadlıq idealının, dövlətçilik düşüncəsinin və xalq birliyinin təntənəsi kimi tarixə yazılıb. Şuşanın azad edilməsi təkcə hərbi əməliyyatın uğuru deyil, mənəvi yüksəlişi, uzun illərin arzusunu və milli yaddaşın bərpasını təcəssüm etdirir. Vətən müharibəsinin ən həlledici məqamlarından biri məhz Şuşa uğrunda döyüşlər oldu. Qəhrəman Azərbaycan Ordusu əlçatmaz qayaları aşaraq, düşmənin ağır istehkamlarını yararaq şəhəri azad etdi. Şuşanın azadlığı ilə millətimizin qəlbində çəkilən nisgil sevincə, qürura və inama çevrildi. Bu Qələbə xalqın sarsılmaz ruhunu, mübarizə əzmini və birliyini daha da gücləndirdi".

"Unikal" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri bir məqsədin, bir amalın ifadəsi idi. Məhz bu strateji hədəf bütün Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun döyüş ruhunu, xalqın isə sarsılmaz inamını formalaşdırdı. Şuşaya aparan möhtəşəm Zəfər Yolu həm də xalqımızın iradəsinin, mərdliyinin və Vətən sevgisinin bariz nümunəsinə çevrilib.
8 noyabr 2020-ci il tarixi Azərbaycanın dövlətçilik tarixi üçün dönüş nöqtəsi oldu. Həmin gün Prezident İlham Əliyev böyük fəxarət hissi ilə Şuşanın azad edildiyini bəyan etdi, beləliklə, xalqın qüruru və tarixi kimliyi bərpa olundu. “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq”, - deyən dövlətimizin başçısı bu fikirləri ilə xalq-iqtidar-ordu birliyinin tarixi Zəfərini ifadə edib.

Şuşanın azadlığı ilə başa çatan Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu Qələbə həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin və ideyalarının təntənəsidir. Ümummilli Lider hələ Sovet dövründə “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” deyərək bu şəhərin xalqımız üçün tarixi əhəmiyyətini vurğulamışdı. Müstəqil dövlətimizə rəhbərlik etdiyi illərdə Prezident İlham Əliyev bu ideyanı reallığa çevirdi, ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etdi və tarixdə əbədi iz qoydu.

Şuşanın azad edilməsindən sonra şəhərin həyatında tamamilə yeni bir mərhələ başlandı. İşğaldan azad olunmuş bu qədim mədəniyyət mərkəzi qısa müddətdə bərpa, yenidənqurma və dirçəlişin nümunəsinə çevrildi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar şəhərin tarixi, mədəni və mənəvi simasının bərpası istiqamətində böyük dönüş nöqtəsi oldu.
2021-ci il 31 may tarixində qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası və davamlı inkişafı üçün hüquqi zəmin yaratdı. Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması bu müqəddəs diyarın mədəni irs kimi qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım idi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi və TÜRKSOY tərəfindən 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” kimi tanınması Şuşanın beynəlxalq səviyyədə artan nüfuzunun bariz göstəricisidir. Bu ardıcıl qərarlar göstərir ki, Şuşa artıq təkcə milli mədəniyyətin deyil, həm də qlobal mədəni dialoqun mərkəzinə çevrilir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 noyabrın “Şuşa şəhəri günü” elan edilməsi həm azadlıq mübarizəsinə, həm də Şuşanın dirçəlişinə verilən ali dəyərin göstəricisidir.
2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı”, 2026-cı ildə isə “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi Şuşanın beynəlxalq miqyasda artan nüfuzunu bir daha təsdiqlədi. Bu gün Şuşada həyata keçirilən layihələr şəhərin tarixini və gələcəyini birləşdirir. “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” bu qədim diyarın müasir infrastrukturla təmin edilmiş mədəni mərkəzə çevrilməsini nəzərdə tutur. Bütün bərpa işlərində tarixi simanın qorunması, təbii mühitin mühafizəsi və müasir texnologiyaların tətbiqi əsas prinsip kimi götürülüb.

Artıq Şuşada bir çox tarixi abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş büstləri əvvəlki yerlərinə qaytarılıb. Şəhərdə yeni yaşayış kompleksləri, məktəblər, səhiyyə ocaqları, müasir hotellər və turizm obyektləri tikilib. Şuşa yenidən canlanır, küçələrində musiqi səsləri, poeziya nəfəsi, mədəni tədbirlərin işığı hiss olunur. Bu şəhər təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının qürur mənbəyinə çevrilib. Burada keçirilən “Xarıbülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri” və digər mədəni tədbirlər xalqın kimliyini, musiqi və söz sənətinin gücünü dünyaya təqdim edir.

8 Noyabr – Şuşa şəhəri günü tarixi Zəfərin, birlik və həmrəyliyin, həmçinin milli dirçəlişin bayramıdır. Şuşa müstəqil dövlətimizin qələbə simvolu, xalqımızın əyilməz ruhunun, milli qürurunun və gələcəyə inamının təcəssümüdür".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri