Icma.az
close
up
RU
Azad Şuşadan İslam və Türk dünyalarına çağırışlar

Azad Şuşadan İslam və Türk dünyalarına çağırışlar

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatı (TDT) regional sabitliyin və beynəlxalq əməkdaşlığın mühüm platformalarından biri qismində çıxış edir. Eyni zamanda, TDT daxilində müxtəlif sahəvi təsisatların formalaşdırılması yolu ilə qurumun institusional strukturunun əhatə dairəsi getdikcə genişləndirilir. Bu istiqamətdə fəaliyyətlərin davamı olaraq bu günlərdə azad Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib. Tədbirdə TDT-nın Baş katibi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Azərbaycanın İslam həmrəyliyinin və türk birliyinin möhkəmlənməsində mühüm rolu

TDT daxililində üzv ölkələrin hər birində çox həssas yanaşma sərgilənən din məsələləri ilə bağlı yeni platformanın yaradılması üçün Azərbaycanın məkan seçilməsi təsadüfi deyil. Müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf etməklə bərabər, özünün milli, dini dəyərlərinə bağlılığı ilə seçilir. Ölkəmizdə tarixi ənənələr, milli-mənəvi dəyərlər yaşadılır, zənginləşdirilir və nəsillərdən-nəsillərə ötürülür. Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb.

Vurğulandığı kimi, Azərbaycan həm də dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən ölkədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlar çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşılıqlı etimadın güclənməsinin nəticəsi olaraq indiyədək Azərbaycanla İslam coğrafiyasında yer alan ayrı-ayrı dövlətlər arasında sıx siyasi təmaslar qurulub, enerji, nəqliyyat, humanitar və digər istiqamətlərdə çoxsaylı layihələr reallaşdırılıb.  Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Ötən dövrdə Azərbaycan təşkilatla sıx əlaqələr qurub.

Eyni zamanda, Azərbaycan da hər zaman haqq mübarizəsində İslam dünyasının ölkəmizlə həmrəyliyini hiss edib. İƏT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim dəstək göstərib, Ermənistanın işğalçılıq siyasətini qınayıb, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul edib.

Azərbaycan həmçinin türk birliyinin möhkəmlənməsində müstəsna rol oynayır. Şuşada baş tutan tədbirdə xatırladılıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunda Türk dünyasının birliyinin möhkəmləndirilməsi strateji prioritetlərdən biridir. Vurğulandığı kimi, dövlət başçımızın ifadə etdiyi “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikri hazırda türkdilli ölkələr arasında əməkdaşlığın ideoloji əsasını təşkil edir. 100 il bundan əvvəl Bakı Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Çox doğru olaraq həmin qurultay türk həmrəyliyinin möhkəmlənməsində mühüm bir mərhələ sayılır. Birinci Türkoloji Qurultayın irsi bu gün də çox aktualdır və bu irsi yaşatmaq, zənginləşdirmək, gələcək nəsillərə ötürmək bütün türk xalqlarının ortaq məsuliyyətidir. Biz qürur duyuruq ki, artıq beynəlxalq təsisat kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Bundan sonra isə respublikamız qurumun institusional təsisat kimi formalaşmasında və funksionallığının artmasına həmişə özünün sanballı töhfələrini verib. Yeri gəlmişkən, Azərbaycanın dünyada türk həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr qardaş ölkələrdə yüksək dəyərləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə ölkəmizin ev sahibliyi ilə keçirilən “Türk dünyası Həftəsi” nin açılış tədbirinin iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

Azad Şuşa İslam və türk dünyalarının qürur mənbəyidir

TDT daxilində xalqlarımız arasında mənəvi bağların, inteqrasiyanın daha da dərinləşməsini hədəfləyən yeni bir platformanın təməlinin Şuşada qoyulması da təsadüfi deyil. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan bu tarixi şəhərin Azərbaycan xalqı üçün xüsusi bir önəmi var. Şuşanın tariximizdə, milli mədəniyyətimizdə əvəzolunmaz yerini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.

Xalqımız Şuşanın işğal altında qalması ilə heç vaxt barışmadı. Təxminən üç onilliyi əhatə edən işğal dövründə hər bir azərbaycanlının qəlbi Şuşa ilə döyünürdü. Nəhayət, İkinci Qarabağ müharibəsi günlərində 2020-ci il noyabrın 8-də əziz şəhərimiz azadlığına qovuşdu. Şuşanın xüsusi təyinatlı qüvvələrimiz tərəfindən geri qaytarılması bir qəhrəmanlıq dastanıdır. Onlar meşə cığırlarından keçməklə, sıldırım qayaları aşmaqla mümkünsüz görünəni reallığa çevirdilər və adlarını tarixə yazdılar.

Uca dağlar qoynunda qərar tutan Şuşanın azad edilməsi yalnız Azərbaycan xalqı üçün deyil, həm də bütün İslam və türk dünyası üçün qəhrəmanlıq rəmzinə, qürur mənbəyinə çevrilib. Təsadüfi deyildir ki, həm İslam coğrafiyasında, həm də türk dünyasında Şuşaya xüsusi həssas yanaşma sərgilənir. Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Qeyd edək ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Şuşa türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

Azad Şuşada həmçinin 2024-cü il iyulun 5-6-da Türk Dövlətləri Təşkilatının sıralarında təmsil olunan dövlətlərin liderlərinin və digər qonaqların iştirakı ilə qurumun qeyri-formal Zirvə görüşü keçirilib. Şuşada bu formatda Zirvə görüşünün təşkili TDT üçün yeni bir başlanğıc idi.

Azad Şuşa həmçinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilib. Dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq İslam dünyasının tarixində əbədi qalacaq müxtəlif tədbirlərlə zəngin Şuşa ili keçirilib.

Gələcək fəaliyyət üçün yol xəritəsi

Hazırda dünyanın mənzərəsi bir sıra ziddiyyətli məqamlarla səciyyələnir. Xüsusilə də ekstremizm, ksenofobiya, ayrı-seçkiçilik, dözümsüzlük kimi tendensiyaların geniş vüsət alması, mədəniyyətlərin yanaşı mövcudluğunun sanki inkar edilməsi böyük narahatlıq doğurur. Belə bir şəraitdə İslam və türk dünyaları üçün də ciddi çağırışlar yaranıb. Prezident İlham Əliyev bu günlərdə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı məktubunda bu xüsusda fikirlərini ifadə edərək vurğulayıb ki, bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir.

Şuşada keçirilən  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə İslam və türk dünyaları üçün yaranan çağırışlar nəzərə alınmaqla İslam və türk dünyaları üçün yol xəritəsi sayıla biləcək 11 bənddən ibarət Kommünike imzalanıb. Sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın inkişafı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində qadınların rolunun artırılması, o cümlədən rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini və mədəni irsin bərpasına dəstəyin ifadə edilməsi, türk coğrafiyasında məzhəblərarası anlaşma və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, həmçinin dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Mübariz Abdullayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri