Icma.az
close
up
RU
Azadlığın məhdudiyyətsiz təsəvvürü

Azadlığın məhdudiyyətsiz təsəvvürü

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azadlıq anlayışının ən geniş yayılmış təhriflərindən biri onun məhdudiyyətsizlik kimi başa düşülməsidir. Bu yanaşmada azadlıq hər cür sərhədin, qaydanın və normanın inkarı kimi təqdim olunur. Məhdudiyyət anlayışı azadlığın daxili şərti kimi deyil, ona qarşı yönəlmiş xarici təzyiq kimi qavranılır. Halbuki azadlıq heç vaxt boş məkanda mövcud olmur; o, həmişə digərlərinin eyni və ya başqa azadlıqları ilə yanaşı mövcuddur.

Cəmiyyət fərqli maraqların, fərqli dünya görüşlərinin, fərqli həyat tərzlərinin eyni sosial məkanda toqquşmadan birgə mövcud ola bilməsinə əsaslanır. Bu reallıqda heç bir azadlıq mütləq ola bilməz. Bir fərdin azadlığı digərinin hüquqi mövqeyinə daxil olduğu anda azadlıq ləğv olunmur, lakin tənzimləmə tələb edən münasibətə çevrilir. Tənzimləmə olmadıqda isə azadlıq bərabər imkan olmaqdan çıxaraq faktiki üstünlüyə çevrilə bilər.

Məhz bu baxımdan “Mənim azadlığım sənin azadlığının başladığı yerdə bitir” ifadəsi təsadüfi şüar deyil; o, birgəyaşayışın elementar məntiqidir.

Azadlığın məhdudiyyətsiz təsəvvürünün hüquqi təcrübəyə yad olması təsadüfi deyil. Hələ 1789-cu il Fransız İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində azadlıq “başqasına zərər verməyən hər şeyi etmək imkanı” kimi müəyyən edilirdi. Bu formul təsdiq edir ki, sərhəd sonradan əlavə edilən inzibati mexanizm deyil; azadlıq anlayışının özündə mövcuddur.

Deməli, azadlıq başlanğıcdan etibarən münasibət kateqoriyasıdır. O, tək subyektin sərbəstliyi deyil, müxtəlif iradələrin birgə mövcudluq şərtidir. Bu şərt nəzərə alınmadıqda azadlıq ümumi hüquq olmaqdan çıxaraq fərdi üstünlüyə çevrilir. Hüquq məhz burada meydana çıxaraq fərqli azadlıqları bir-birinə qarşı deyil, bir-biri ilə yanaşı mövcud ola bilməsini şərtləndirir.

Klassik hüquq fəlsəfəsində azadlıq heç vaxt məhdudiyyətsiz iradə kimi başa düşülməmişdir. Kant hüququ azadlığın qarşısına qoyulan maneə deyil, onun ümumi və bərabər ölçüsü kimi təsəvvür edirdi. Onun yanaşmasında hüquq fərdin istədiyini etməsi deyil, azadlığın hər kəs üçün eyni miqyasda mümkün olmasıdır. Başqa sözlə, hüquq azadlığı azaldan deyil, onu bərabər paylayan normativ çərçivədir. Burada qayda azadlığın xarici düşməni deyil, onun ictimai məkanda mümkün olmasının şərtidir. Çünki fərqli fərdlərin iradələri eyni sosial mühitdə toqquşmadan mövcud ola bilməz; azadlıq yalnız qarşılıqlı uzlaşdırma şəraitində davamlı məna qazanır.

Məhdudiyyətsiz azadlıq təsəvvürünün daxili ziddiyyəti müasir siyasi fəlsəfədə paradoks formasında ifadə olunmuşdur. Karl Popper “dözümlülük paradoksu”nu izah edərkən göstərirdi ki, əgər dözümlülük sərhədsizdirsə, o zaman dözümsüz qüvvələr ondan istifadə edərək dözümlülüyün özünü məhv edəcək. Eyni məntiq azadlıq anlayışına da tətbiq edilə bilər. Əgər azadlıq məhdudiyyətsizdirsə, o zaman güclü, təşkilatlanmış və resurslara malik subyektlər bu “məhdudiyyətsizliyi” zəiflərin əleyhinə istifadə edəcək və nəticədə ümumi azadlıq daralacaq.

Beləliklə, azadlığın sərhədləri onun zəiflədilməsi deyil, onun özünü məhv etməsinin qarşısını alan mexanizmdir. Məhdudiyyətsizlik azadlığın genişlənməsi deyil, onun strukturunun dağılması riskini daşıyır. Paradoks ondan ibarətdir ki, azadlığı qorumaq üçün müəyyən hədlər zəruridir; əks halda, azadlıq öz əksinə çevrilə bilər.

Müasir hüquq nəzəriyyəsi də bu klassik mövqeni funksional müstəvidə təsdiqləyir. Lon Fuller hüququ məcburiyyət mexanizmi kimi deyil, insan davranışını mümkün edən və sosial münasibətləri koordinasiya edən normativ struktur kimi şərh edir. Bu baxımdan qanun azadlığı boğan xarici güc deyil, azadlığın real həyatda ardıcıl və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsini təmin edən institusional çərçivədir.

Azadlığın məhdudiyyətsiz təsəvvürü isə bu uzlaşdırma mexanizmini nəzərə almır. Azadlıq münasibət kimi deyil, tək subyektin iddiası kimi təqdim olunur. Bu zaman hüquqi çərçivə aradan qalxır və fərqli maraqların balansı əvəzinə toqquşma meydana çıxır. Qayda olmadıqda azadlıq bərabər bölüşdürülmür; onu daha güclü, daha təşkilatlanmış və ya daha aqressiv tərəf mənimsəyir.

XX əsrin sonlarında postsovet məkanında yaşanan proseslər bunu aydın göstərdi. Mərkəzi sistem dağıldı, amma yeni hüquqi mexanizmlər hələ formalaşmamışdı. Məhdudiyyətlər aradan qalxdı, lakin qaydalar bərqərar olmadı. Formal azadlıq genişləndi, lakin faktiki təhlükəsizlik zəiflədi. Nəticədə, azadlıq fərqli maraqların harmoniyası deyil, müxtəlif güc qruplarının qarşıdurması şəklini aldı.

Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığı mərhələ də bu mənzərəni təsdiqləyir. Azadlıq imperiyadan ayrılma şüarı ilə təqdim olunurdu. Lakin ictimai və hüquqi institutlar zəif, siyasi təcrübə məhdud, təhlükəsizlik sistemi qeyri-sabit idi. Azadlıq anlayışı hüquqi münasibət kimi deyil, emosional çağırış kimi səslənirdi. Məhdudiyyətsiz azadlıq təsəvvürü nəticədə nizamsızlıq, iqtisadi dağınıqlılıq və ictimai qarşıdurmalarla müşayiət olundu.

Sonrakı mərhələdə məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində ictimai münasibətlərin hüquqi çərçivəyə salınması, sabitliyin bərpası və institutların möhkəmləndirilməsi azadlığın real məzmun qazanmasına şərait yaratdı. Bu proses göstərdi ki, azadlıq təkcə qadağaların aradan qaldırılması deyil; o, fərqli maraqların hüquqi şəkildə uzlaşdırılmasıdır. Qayda olmadan azadlıq davamlı olmur.

Azərbaycanın son onilliklərdəki inkişaf trayektoriyası da göstərir ki, azadlıq məhdudiyyətsiz davranış deyil, qayda daxilində təmin olunan imkan deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə hüquqi sistemin təkmilləşdirilməsi, ictimai təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və inzibati idarəetmənin modernləşdirilməsi azadlığın spontan və nizamsız hərəkət sahəsi kimi deyil, proqnozlaşdırılan və qorunan hüquqi status kimi möhkəmlənməsinə xidmət etdi. Bu yanaşma azadlığı “hər kəsin istədiyini edə bilməsi” kimi deyil, fərqli maraqların birgəyaşayış qaydaları çərçivəsində uzlaşdırılması kimi təqdim edir. Qanun-qayda burada qadağa deyil, sosial harmoniyanın şərtidir.

Beləliklə, azadlığın məhdudiyyətsiz təsəvvürü azadlığı genişləndirmir. Əksinə, onu münasibət kateqoriyasından çıxararaq fərdi iddiaya çevirir. Cəmiyyət daxilində azadlıq yalnız hüquq vasitəsilə bərabər və davamlı şəkildə mövcud ola bilər. Məhdudiyyətsizlik isə çox vaxt azadlığın yox, qarşıdurmanın başqa adıdır.

(ardı var)

Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri