Icma.az
close
up
RU
Azadlığın 5 ili: Ağdam

Azadlığın 5 ili: Ağdam

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

20 noyabr 2020-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir tarixdir. Məhz bu gün Ağdam rayonunun işğalına son qoyuldu. Artıq beş ildir ki, Ağdam öz sahiblərinə qovuşub. “Qafqazın Xirosima”sı, “Ruhlar şəhəri” də adlandırılan Ağdam 27 il 4 ay işğal altında olub. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu həmin il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı. Prezidentin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Prezident İlham Əliyev 23 noyabr 2020-ci ildə azad edilmiş Ağdam şəhərində səfərdə olub və Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

İşğal müddətində erməni vandalizminə ən çox məruz qalan ərazilərimizdən biri məhz Ağdam olub. Ermənilər rayonu tamamilə dağıdıb, yerlə-yeksan edib. Hesablamalara görə, rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 18 dekabr 2020-ci il tarixli iclasında çıxışı zamanı bu məqama toxunaraq deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər”.

İşğalçı erməni silahlı birləşmələri digər ərazilərimizdə olduğu kimi, Ağdamda da qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəni irsi, memarlıq nümunələrini, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyini vəhşicəsinə dağıtdılar, insanların əmlaklarını qarət еtdilər. Bundan əlavə, dini ibadətgahları, şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələrini də uçurub, dağıdıblar.

Bu gün isə artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdama yeni nəfəs, yeni həyat qayıdır.

Prezident İlham Əliyevin söylədiyi “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”, fikirləri qısa müddət ərzində artıq reallaşmağa başladı. Azərbaycan öz gücünə nəhəng işlərə start verdi. Sıfırdan bərpa-quruculuq işlərinə başladı.

2021-ci il mayın 28-də növbəti səfər zamanı dövlət başçısına Ağdam şəhərinin Baş Planı təqdim olunub. Prezident Ağdam şəhərinin bərpasının təməl daşını, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub və Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Eyni zamanda İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında olub.

Dövlət başçısı mütəmadi olaraq Ağdama və digər azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur, yeni tikililərin təməlini qoyur, açılış mərasimlərində iştirak edir.

Ağdamda “ağıllı şəhər” konsepsiyasına uyğun müasir infrastruktur qurulur. Bu il 10 may tarixli səfəri zamanı dövlət başçısı Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.  

Həmin vaxt açılışı olan Ağdam Muğam Mərkəzi də Qarabağ bölgəsində muğam sənətinin təbliğində mühüm rol oynayacaq.

Dövlət başçısı Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında, Kəngərli kənd tam orta məktəbinin binasının açılışında da iştirak edib. Bu kəndə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

Bu il iyulun 18-də dövlət başçısı bu rayonda olarkən “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbinin, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılışlarında iştirak edib. Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.

Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.

Artıq Ağdam Sənaye Parkı da fəaliyyət göstərir ki, bu da həm rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafını stimullaşdırır, həm də məşğulluğun təmini, regiona investisiya cəlb edilməsini, ixrac imkanlarını artırır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib.

Bu gün Ağdam öz doğma sakinlərinin nəfəsi ilə isinir. Hazırda Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində sakinlər məskunlaşıb. Burada onların rahat yaşayışı üçün bütün şərait yaradılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda ümumilikdə 944 ailə, 3 min 818 nəfər sakin məskunlaşıb. Həmçinin Ağdam şəhərinin özündə də tikinti işləri davam edir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərində 5 yaşayış məhəlləsi tikiləcək. Hazırda ikinci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir və 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-sı isə qeyri-yaşayış binalarıdır. İkinci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq. Eyni zamanda, Ağdam rayonunun Baş Qərvənd kəndində, Eyvazxanbəyli kəndində genişmiqyaslı tikinti işlərinə başlanılıb və onların gələn ilin sonuna yekunlaşması nəzərdə tutulur. Bundan sonra sakinlərin köçü planlaşdırılır.

Ağdam tariximizə həm də qəhrəman şəhər adı ilə həkk olunub. Birinci Qarabağ müharibəsində ağdamlılar sonadək qəhrəmancasına vuruşublar, Ağdam 6 mindən çox şəhid verib, onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.

Bu gün Ağdam sürətlə tikilir, qurulur və heç şübhəsiz ki, yaxın gələcəkdə regionun ən cazibədar, göz oxşayan mərkəzlərindən birinə çevriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri