Icma.az
close
up
RU
Azadlıq radiosunun indiki mövqeyi mənə aydın deyil Sabir Rüstəmxanlı

Azadlıq radiosunun indiki mövqeyi mənə aydın deyil Sabir Rüstəmxanlı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın yeni Administrasiyasında vəzifə tutan milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən bəzi media qurumlarının fəaliyyətini dayandırmağa çağırıb. Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

İlon Mask “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib. “Bəli, onları bağlayın!”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-ləri heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.
Qeyd edək ki, mərkəzi ofisi Çexiyanın paytaxtı Praqada yerləşən “Azadlıq” radiosunun bir sıra xarici ölkələrdə, o cümlədən Azərbaycanda yerli bürosu fəaliyyət göstərir. Həmin büroların fəaliyyətinə isə yayım həyata keçirdikləri keçirdikləri ölkələrdə birmənalı münasibət yoxdur.

Məsələ ilə bağlı Modern.az-a danışan keçmiş deputat Sabir Rüstəmxanlı bildirib ki, “Azadlıq” radiosu vaxtilə onun üçün doğma olub:

“Bir vaxtlar “Azadlıq” radiosu mənim üçün doğma idi. Çünki mənim "Ömür kitabı"mı hissə-hissə efirə verirdi. Bu radio Azərbyacanın müstəqilliyi, bizim Sovetlər birliyindən qopmağımız üçün mübarizə aparırdı. Təəssüflər olsun ki, Azərbaycan müstəqil olandan sonra “Azadlıq” radiosunun əməlində dəyişiklik nəzərə çapdı. Bu dəfə müstəqil Azərbaycan dövlətinə qarşı mövqe nümayiş etdirməyə başladı. Ona görə də indi daha bu radio ilə əməkdaşlığımız yoxdur. Bəzən zəng edib hansısa məsələyə münasibət soruşurlar. İndiki şəraitdə onların mövqeyi mənə o qədər də aydın deyil. Əgər doğrudan da xalqların azadlığı, müstəqilliyini istəyirlərsə, onda gərək bu prinsipləri qorusunlar. Yeni qurulan dövlətin içində ziddiyət yaratmasınlar”.

Sabir Rüstəmxanlı deyib ki, bu gün elə bir dövrə çatmışıq ki sözdən daha çox, silah rol oynayır.
"Amerikanın yeni prezidenti Donald Trampın siyasi xətti fərqlidir. Özü də çıxışlarında daha çox ABŞ-nin daxili işlərilə məşğul olacağını demişdi. ABŞ-nin Panama kanalı, Qrelandiya adası, Kanada dövləti kimi çoxlu problemləri var. Bəlkə də, bunlar “Azadlıq” radiosunun bağlanmasında əsas rol oynayır. Gizlin alt mənada, dərində nə dayanır, onu mən bilmərəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri