Premyer Liqa: Qərb derbisində Turan Tovuz Kəpəz ə qalib gəldi
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda qələbə qazanıb.
Qaynarinfo-nun məlumatına görə, komanda Qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
72-ci dəqiqədə Hayderson Hurtado, 90+1-ci dəqiqədə Joarlem Santos fərqləniblər. Qonaqlardan Şakir Seyidov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır.
Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















